Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rasim Babayev Hənifə oğlu (31 dekabr 1927, Bakı – 24 aprel 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1959), Azərbaycan SSR xalq r

Rasim Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Rasim Babayev

Rasim Babayev Hənifə oğlu (31 dekabr 1927, Bakı – 24 aprel 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1959), Azərbaycan SSR xalq rəssamı (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991).

Rasim Babayev
Doğum tarixi 31 dekabr 1927
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 22 aprel 2007 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (–1949),
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d] (–1955)
Janr portret
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19881988 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19641964 Azərbaycan SSR Dövlət mükafatı — 19901990

Mündəricat

Həyatı

Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirmişdir.

Yaradıcılığı

Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olmuş rəssamdır. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikas ı janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınmışdır.

Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir.

Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır. Həmçinin "Müharibə olmasın", "Berlin-63", "Ölüm düşərgəsi", "Qardaş xatirəsi" və s. əsərləri də müharibə əleyhinə çəkilmişdir.

Rasim Babayevin bir sıra əsərləri sovetlər dövründə geniş işıqlandırılmayıb. Həmin əsərlərlərə nümunə olaraq "Torpaq" (1963), "Sahil" (1965), "Yol" (1966), "Yaxın Şərq" (1967), "Ailə" (1971), "Səyyah" (1974), "Ordu" (1978), "Qapı" (1982), "Qadın" (1983), "Müharibə" (1983), "Novruz" (1983), "Qadın və div" (1986), "Faciə" (1987), "Adəm və Həvva" (1988), "Yüklü dəvə" (1992), "Bəla" (1997), "Gecə" (2003), "Divlər" (2004) və s. əsərləri qeyd etmək olar.

R.Babayev kitab tərtibatı və illüstrasiyası sahəsində də uğurla fəaliyyət göstərmişdir. Rabindranat Taqorun "Fəlakət", Nazim Hikmətin "Kəllə", R.Taqorun "Fəlakət" (1958), Y.V.Çəmənzəminlinin "Hekayələr" (1959) buna misaldır. Eyni zamanda, bir sıra uşaq kitablarına rəngli illüstrasiyalar çəkmişdir. Bunlara misal olaraq Süleyman Sani Axundovun "Qorxulu nağıllar" (1958), M.Füzulinin "Meyvələrin bəhsi" (1960), A.Şaiqin "Tıq-tıq xanım" (1961), "Cırtdan" xalq nağılını (1963) göstərmək olar.

Rəssamın 1980–1990-cı illər yaradıcılığına "Əjdaha ili", "Yuxu", "Sindibadın gəmiləri" seriyaları, "Qaçqınlar" silsiləsindən olan əsərləri daxildir. İfadəli monumental kompozisiya, lakonik xətlər və rənglər Rasim Babayevin yaradıcılığı üçün səciyyəvidir.

Xalq rəssamı Rasim Babayevin yaradıcılığında Qobustan, Səma və bu qəbildən olan əsərləri ilə yanaşı yaradıcılığında xüsusi yer tutan "Xəyalpərəst div", "Söhbət" əsərləri onun yaradıcılıq diapozonunun nə qədər geniş olduğunu göstərir. Bundan əlavə ekspozisiyada rəssamın "Püstə ağacı" (kətan, yağlı boya), "Sahil" (orqalit, yağlı boya), "Torpaq" (kətan, yağlı boya), "Səma" (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.

Əsərlərinin xaricdə nümayişi

Rasim Babayevin əsərləri bir sıra xarici ölkə sərgilərində — İngiltərə, Kanada, Türkiyə, Finlandiya və dünyanın bir sıra ölkələrində nümayiş etdirilmişdir. Rəssamın 29 oktyabr 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Sankt-Peterburqda Rus Muzeyinin Mərmər Sarayında, həmin ilin aprel ayının 15-də Kazan Ermitajında "Həqiqət axtarışında" adlı əsərlərinin sərgiləri açılmışdır.

Eyni zamanda sənətkarın əsərləri Rusiyanın Tretyakov qalereyasında və Müasir Sənət Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyində, ABŞ-nin Zummerli Muzeyində, Fransanın "Qaleri de Frans" qalereyasında saxlanılır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı (1964)
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı (7 may 1988)
  • 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı (1991) — 1988–1989-cu illərdə yaratdığı silsilə rəsm əsərlərinə görə
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Ölümü

Rasim Babayev 22 aprel 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Filmoqrafiya

  • Abşeron rəngləri (film, 1983) (qısametrajlı sənədli film)-əsərlərindən istifadə edilən rəssam
  • Sehrli naxışlar (film, 1984)
  • Bahar əyləncələri (film, 1989)
  • Rənglərin sehrli dünyası (film, 2007)
  • Bakı bağları. Bilgəh (film, 2007)
  • Üfüqü ötənlər (film, 2011)

Qalereya

  • "Püstə ağacı". 1969(Azərbaycan Milli İncəsənət Muzeyi)
    "Püstə ağacı". 1969
    (Azərbaycan Milli İncəsənət Muzeyi)
  • "Torpaq neft ilə zəngindir". 1976(Yarat Müasir Sənət Mərkəzi)
    "Torpaq neft ilə zəngindir". 1976
    (Yarat Müasir Sənət Mərkəzi)
  • "Yatmış Div".(Nar Gallery)
    "Yatmış Div".
    (Nar Gallery)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rasim Babayev haqqında məlumat. Rasim Babayev nədir? Rasim Babayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Stavropol

  • Fevral 15, 2026

    Oğuz türkləri

  • Fevral 27, 2026

    Tritonlar

  • Fevral 27, 2026

    Sulduz

  • Fevral 27, 2026

    İshaq Rabin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst