Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bağırov Aydın Rövşən oğlu (5 sentyabr 1980, Ağdam) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qol.az saytının baş redaktoru, "525-ci qəzet"in redaktoru.

Aydın Bağırov

  • Ana Səhifə
  • Vikipediya
  • Aydın Bağırov

Bağırov Aydın Rövşən oğlu (5 sentyabr 1980, Ağdam) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qol.az saytının baş redaktoru, "525-ci qəzet"in redaktoru.

Aydın Bağırov
Aydın Rövşən oğlu Bağırov
Doğum tarixi 5 sentyabr 1980(1980-09-05) (45 yaş)
Doğum yeri
  • Ağdam, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Fəaliyyəti jurnalist
idman eksperti
Fəaliyyət illəri 1997-indiyə qədər
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20202020

Həyatı

Aydın Bağırov 1980-ci il sentyabrın 5-də Ağdam şəhərində anadan olub. 1987–1992-ci illərdə Ağdam şəhər 7 nömrəli rusdilli məktəbdə təhsil alıb. Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar sonradan orta təhsilini Ağcabədi və Bakı şəhərlərində davam etdirib. 1996-cı ildə Bakıda 32 saylı Ağdam köçkün məktəbini, 2005-ci ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib.

1997-ci ilin sentyabrın 1-dən "525-ci qəzet"də jurnalist fəaliyyətinə başlayıb. Müxtəlif illərlərdə qəzetdə müxbir, şöbə müdiri və redaktor vəzifəsində çalışıb.

2008-ci il noyabrın 17-dən fəaliyyətə başlayan Qol.az idman saytının baş redaktorudur.

Daha çox idman, xüsusi ilə futbolla bağlı yazılarına görə tanınır. Televiziya kanallarında idmana dair verilişlərdə ekspert kimi çıxış edir.

Baş redaktoru olduğu Qol.az saytı "Google analytics"in sayğac göstəricisinə əsasən, uzun illərdir Azərbaycanın ən oxunan idman saytları sırasında liderliyini qoruyur. Hər gün orta hesabla 20–24 min İP-dən Qol.az saytına giriş olur. Saytda Azərbaycan və dünya futbolu, idmanı ilə bağlı xəbərlər, analitik yazılar və müsahibələr dərc olunur. Aydın Bağırov həm də baş redaktoru olduğu saytın daimi təhlilçisi, yazarıdır.

Jurnalist kimi özü və rəhbərlik etdiyi Qol.az saytı müxtəlif təşkilatların keçirdiyi rəy sorğularında qalib adını qazanıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adına layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydın Bağırov haqqında məlumat. Aydın Bağırov nədir? Aydın Bağırov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bolonya prosesi

  • Fevral 27, 2026

    Qobustan (şəhər)

  • Fevral 27, 2026

    Taqanroq

  • Fevral 27, 2026

    San Siro

  • Fevral 27, 2026

    Avtobioqrafiya (Franklin)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst