Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Beovulf" (qəd. ing. Beowulf — hərfi tərcümədə "arı canavarı", yəni "ayı") — eramızın təxminən VIII–XI əsrlərinə aid olan qədim ingilis dilində yazılmış Anqlosa

Beovulf

  • Ana Səhifə
  • Vikipediya
  • Beovulf

"Beovulf" (qəd. ing. Beowulf — hərfi tərcümədə "arı canavarı", yəni "ayı") — eramızın təxminən VIII–XI əsrlərinə aid olan qədim ingilis dilində yazılmış Anqlosaks qəhrəmanlıq dastanıdır. 3182 sətirlik bu dastan qədim ingilis dilində yazılmış ən böyük poemadır və anqlosaks ədəbiyyatına aid nümunələrin 10%-ni təşkil edir. Əlyazması Britaniya Muzeyində saxlanılır.

Beovulf
Müəllif bilinmir
Yazılma tarixi bilinmir
Orijinalın dili Köhnə ingilis dili
Janr epos
Orijinalı bilinmir
"Beovulf" dastanının azərbaycanca tərcüməsi

Dastanda Qeotlar qəbiləsinin qəhrəmanı Beovulf öz dəstəsi ilə Danların kralı Xrodqara kömək uçün onların torpaqlarına yola düşür. Hadisələr Skandinaviyada, indiki Danimarka və İsveç torpaqlarında baş verir. Dastanda Beovulfun nəhəng Qrendel, onun anası və əjdaha ilə mübarizəsi təsvir olunur. Son vuruşmada Beovulf ölümcül yaralanır.

Məşhur ingilis yazıçısı Con Ronald Ruel Tolkien bu dastanı tədqiq etmişdir.

2021-ci ilin fevralında Bakının "Elm və təhsil" nəşriyyatında anqlosakson dastanı "Beovulf"1 Azərbaycan dilində çapdan çıxmışdır. Poemanı qədim ingilis dilindən Rusiyada yaşayan şair və tərcüməçi Xeyrulla Xəyal 2018-ci ildə tərcümə etmişdir.

Poema onbirhecalı (6+5) ölçü ilə tərcümə edilmiş, orijinaldakı misralarn ümumi sayı (3182) saxlanılmışdır. Mümkün olduqca, tərcüməçi alliterativlik prinsipinə əməl etməyə çalışmışdır.

Qeyr etmək lazımdır ki, qədim ingilis eposunun bütünlüklə alliterativ şeirlə qoşulduğu və yazıya alındığı barədə indi hətta mütəxəssislər tərəfindən də təsdiqlənən iddia yalnız qismən doğrudur. Alliterativlik eposun ayrı-ayrı fraqmentlərində aydın görünsə də, bu element bütün poema üçün səciyyəvi deyil.

Poemanın finalından:

Xaraba saxlancdan çıxan nə varsa 3163

Toplayıb quryanda dəfn elədiər.

Qumlu torpaq aldı qəhrəmanların

İrsini, qızıllar yəqin indi də

Ordadır, onlardan qabaqkı kimi

Xeyir yox bir kəsə; on iki atlı 3168

Çapdı ətrafında təzə təpənin,

Əyan oğulları, cəsur igidlər,

Beləcə krala yas tutub onlar,

Onun həyatından danışırdılar,

Sayaraq möhtəşəm əməllərini, 3173

Tükənməz ehtiram ifadəsiylə.

Bu, qədim adətdir, əgər bir insan

Sayğılı olubsa rəhbərə sağkən,

Yola sala gərək sayğılı sözlə

Onu son mənzilə. Geat xalqı da 3178

Ötürdü rəhbəri belə şərəfli.

Dedilər layiqdi ən böyük ada,

Bütün krallardan ən əliaçıq,

Xalqına ən yaxşı qayğı göstərən. 3182

Nəşrin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru professor Həbib Zərbəliyevdir.2

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beovulf haqqında məlumat. Beovulf nədir? Beovulf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sədrəzəm

  • Fevral 27, 2026

    Birillik günəbaxan

  • Mart 01, 2026

    Borsunlu

  • Fevral 27, 2026

    Tezlik

  • Mart 01, 2026

    Yeraltı su

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst