Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi. Şəhərdə beynəlxalq təşkilatlar tərəfindən mədəni irs kimi qəbul edilmiş və qoruma altına alınmış tarixi abid

Mardin

  • Ana Səhifə
  • Vikipediya
  • Mardin

Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi. Şəhərdə beynəlxalq təşkilatlar tərəfindən mədəni irs kimi qəbul edilmiş və qoruma altına alınmış tarixi abidələr mövcuddur. Mardin müxtəlif dini inanclara paralel olaraq, bədii baxımdan da tarixi əhəmiyyətə malik məscidlər, türbələr, kilsələr, monastırlar və digər dini abidələrlə zəngindir. Mardin İpək Yolu marşrutu üzərində yerləşir və vilayətdə beş karvansara və bir karvansaray mövcuddur.

Mardin
Mêrdîn
ماردين‎
Mardin
37°18′47″ şm. e. 40°44′06″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.083 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 129.864 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 482
Poçt indeksi 47000–47901
Nəqliyyat kodu 47
Digər
mardin.bel.tr
Xəritəni göstər/gizlə
Mardin xəritədə
Mardin
Mardin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimoloji

“Mardin” adı ərəb mənbələrində **Mâridîn**, suryani mənbələrində isə **Marde** kimi keçir. Bu sözün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrə görə, “Mardin” sözü döyüşkən bir tayfa olan və III əsrdə Ardeşir tərəfindən bu əraziyə yerləşdirilən **Mardlar**ın adından gəlir. Başqa bir versiyaya görə isə bu ad “qalalar” mənasını verən **Merdin** sözündən törəmişdir. Müasir dövrdə işlənən “Mardin” adı isə ərəb mənbələrindəki **Mâridîn** formasından gəlmişdir.

Tarixçə

Artuklu Universitetinin kampusu daxilində yerləşən Hırbe Helale yaşayış məntəqəsində aparılan qazıntılar nəticəsində üzə çıxarılan daşlar Paleolit dövrünə aid edilmişdir.

Dargeçit rayonunun Ilısu ərazisinə yaxın yerləşən Boncuklu Tarla yaşayış yerində Neolit dövrünə (Cilalanmış Daş Dövrü) aid tapıntılara rastlanılmışdır. Derik rayonundakı Kerküşti Təpəsində aparılan qazıntılar nəticəsində Eneolit (Kalkolit) dövrünə aid qalıqlar aşkarlanmışdır. Kemaliye təpəsi və Tilki Təpə adlanan təpələrdə də Eneolit dövrünə aid keramika nümunələri tapılmışdır. Nusaybin rayonundakı Girnavaz Təpəsində Erkən Tunc dövrünə aid qalıqlara rast gəlinmişdir. Bununla yanaşı, vilayətdəki 36 təpədə Tunc dövrünün müxtəlif mərhələlərinə aid tapıntılar qeydə alınmışdır. Mardin-Nusaybin yolu üzərində yerləşən Gırharrin Təpəsi, Mardin dağlarının cənubunda yerləşən Girnavaz, eləcə də Yuxarı Dəclə hövzəsindəki Giricano, Kavusan Təpəsi, Siirt Türbə Təpəsi, Üçtəpə, Ziyartəpə və Gre Dimse təpələrində də bu dövrə aid arxeoloji tapıntılara rast gəlinmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mardin haqqında məlumat. Mardin nədir? Mardin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Yalova

  • Fevral 24, 2026

    Böyük London

  • Fevral 10, 2026

    Monqollar

  • Fevral 24, 2026

    Şimal yarımkürəsi

  • Fevral 10, 2026

    IBM

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst