Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur

Aşıq Musa

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Musa

Aşıq Musa (1795–1840. 1830–1912) — XIX əsr Azərbaycan aşıqlarındandır.

AŞIQ MUSA
Mustafayev Musa Səfər oğlu
Doğum tarixi 1830(1830)
Doğum yeri
  • Ağkilsə, Ermənistan
Vəfat tarixi 1912(1912) (81–82 yaşında)
Vəfat yeri
  • Ağkilsə, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Dəfn yeri
  • Ağkilsə
Fəaliyyəti şair
Janr aşıq
Vikimənbənin loqosu Aşıq Musa Vikimənbədə

Mündəricat

Həyatı

Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir. Onun Dağıstana, Rusiyaya, Gürcüstana, Orta Asiyaya və Türkiyəyə səfərlərə çıxdığı da güman olunur.

Yaradıcılığı

Aşıq Musanın hələlik məlum olan tam yaradıcılığı Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (I cild, Səda-2006, səh.442–468.) kitabında bütünlüklə çap olunmuşdur. Belə ki, kitabda Aşıq Musanın 2 gəraylısı, 10 qoşması, 2 təcnisi, 2 divanisi, 2 müxəmməsi və 6 deyişməsi olmaqla cəmi 24 şeiri çap olunub.

Aşıq Musanın 2013-cü ildə ayrıca olaraq "Elm və təhsil" nəşriyyatında Folklor İnstitutu tərəfindən 148 səhifədən ibarət "Əsərləri" adlı kitabı (tərtib edəni:İslam Ələsgər) çap olunmuşdur. Kitabda aşığın 50-dən artıq şeiri vardır. Bunların əksəri qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis və 4-ü müxəmməsdir.

Şəcərəsi

  • Mustafa
    • Səfər
      • Musa

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıq Musa haqqında məlumat. Aşıq Musa nədir? Aşıq Musa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kaspi (qəzet)

  • Fevral 27, 2026

    İraq prezidenti

  • Fevral 27, 2026

    Parslar

  • Fevral 27, 2026

    E.ə. 354

  • Fevral 27, 2026

    İnşaatçılar metrostansiyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst