Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq.

Cahangir Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Cahangir Qarayev

Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq.

Cahangir Qarayev
Ümumi məlumatlar
Doğum tarixi 11 fevral 1950
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 yanvar 2013 (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Mürsəl Qarayev
Anası Böyükxanım Nəzirova
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar, pedaqoq
Janr caz
Musiqi aləti piano

Mündəricat

Həyat və yaradıcılığı

Cahangir Qarayev 11 fevral 1950-ci ildə Bakı şəhərində tibb xadimləri olan Mürsəl Qarayev və Böyükxanım Nəzirovanın ailəsində dünyaya gəlmişdir. Bəstəkar Qara Qarayevin qardaşı oğludur. O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində almışdır. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirmişdir. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.

C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlamışdır. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir.

Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. O, 1970-ci illərdə caz-rok strukturlu "Cürbəcür" qrupunu yaratmışdır.

Cahangir Qarayev öz proqramlarına geniş diapazona malik əsərlərini daxil edərək fəal konsert fəaliyyəti göstərmişdir. 1973-cü ildə Almatıda keçirilən "Asiya və Afrika ölkələrinin musiqi tribunası", 1975-ci ildə Tbilisidə keçirilən "Zaqafqaziya baharı" festivallarında iştirak etmişdir. 1981-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının zalında müasir eksperimental elektron musiqisindən ibarət konsert vermişdir.

Pedaqoji fəaliyyəti

C.Qarayev ifaçılıqla yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında ixtisas-piano kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə musiqiçi SSRİ Mədəniyyət Nazirliyinin müqaviləsinə əsasən Seneqalın paytaxtı Dakar şəhərinə ezamiyyətə göndərilmiş, orada pedaqoji və ifaçılıq fəaliyyəti göstərmişdir.

Cahangir Qarayev 2013-cü il yanvar ayının 15-də Bakı şəhərində vəfat etmişdir.

Xatirəsi

10 fevral 2020-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin ev-muzeyində, 11 fevralda isə Beynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçunun 70 illiyinə həsr edilmiş xatirə tədbirləri keçirilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahangir Qarayev haqqında məlumat. Cahangir Qarayev nədir? Cahangir Qarayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Assam dili

  • Mart 01, 2026

    Konrad Gesner

  • Mart 01, 2026

    E.ə. 1400

  • Fevral 27, 2026

    Niiqata

  • Mart 01, 2026

    Rauf Gülməmmədov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst