Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdir etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş ven

Sağ qulaqcıq

  • Ana Səhifə
  • Vikipediya
  • Sağ qulaqcıq

Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdir etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir. Bu, üçbucaq şəklində olub sağ tərəfdən orta əsasını əhatə edir və ağ ciyər kötüyünün sağ tərəfinə keçir; daxili səthində daraqlı əzələlər – (lat. mm. pectinati) vardır. Bunlar yuxarıda çəp istiqamətdə durmuş hüdudi daraq – (lat. crista terminalis) üzərində tam olurlar. Hüdudi daraq sağ qulaqcığın xarici səthində olan hüdudi şırıma – (lat. sulcus terminalis) uyğundur.

  • Sağ qulaqcığın sol divarını qulaqcıqlar arası arakəsmə – (lat. septum interatriale) təşkil etmişdir. Bu arakəsmənin sağ səthində (yəni sağ qulaqcığa baxan səthində) oval çuxur – (lat. fossa ovalis) vardır. Bu çuxurun yerində embrional dövrdə dəlik – (lat. foramen ovale) olur. Belə ki, embrionda sağ qulaqcıq sol qulaqcıq ilə birləşir. Döl anadan olandan sonra həmin dəlik tutulur və əvəzində oval çuxur əmələ gəlir. Oval çuxur yuxarı və qabaq tərəfdən büküş (haşiyə) – (lat. limbus fossae ovalis (Vieussenii – BNA)) vasitəsilə əhatə olunmuşdur. Bu büküş aşağı boş venanın ağzının aşağı kənarına doğru gedərək onun qapaqcığı ilə – (lat. valvula venae cavae inferioris (Eustachii – BNA)) birləşir. Bu qapağın və yuxarıda göstərilən büküşün embrional dövrdə artıq dərəcədə əhəmiyyəti vardır. Çünki bunların vasitəsilə aşağı boş venadan gələn qanın axını sağ qulaqcıqdan sol qulaqcığa yönəldilir. Döl anadan olandan sonra həmin büküşlərin əhəmiyyəti itir.
  • Sağ qulaqcıq aşağı tərəfdən sağ qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare dextrum) vasitəsilə sağ mədəcik ilə birləşir. Bu dəliyin şəkli girdə və bir az uzunsovdur və diametri 4 sm-dir.
  • Yuxarı və aşağı boş venalardan başqa sağ qulaqcığa bir də ürəyin tac cibi – (lat. sinus coronarius) və ürəyin kiçik venalarının dəlikləri (ağızları) – (lat. foramina venarum minimarum (Thebesii – BNA)) açılır. Ürəyin tac cibi aşağı boş vena ağzı ilə sağ qulaqcıq-mədəcik dəliyinin arasında yerləşir və endokard təbəqəsindən əmələ gəlmiş kiçik bir qapaqcıq – (lat. valvula sinus coronarii (Thebesii – BNA)) vasitəsilə əhatə olunmuşdur. Bu qapağın əhəmiyyəti bundadır ki, qulaqcıq sistola edərkən tac cibi örtərək qanın ürəyin xüsusi venalarına doğru qayıtmasına mane olsun.
Sağ qulaqcıq
Sağ qulaqcıq və mədəcik
Sağ qulaqcıq və mədəcik
[[File:
|frameless|300x300px|Ürəyin diaqramması]]
Ürəyin diaqramması
Latınca Atrium dextrum
Qrey subyekt 138 528
Arteriya Sağ tac arteriya
MeSH Right+Atrium

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sağ qulaqcıq haqqında məlumat. Sağ qulaqcıq nədir? Sağ qulaqcıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Blok-sxem

  • Mart 01, 2026

    Qafqaz İberiyası

  • Fevral 27, 2026

    Diter Bolen

  • Fevral 27, 2026

    Marian adaları

  • Mart 01, 2026

    KE mərmisi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst