Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaralar İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənddir. Rayon mərkəzindən 7 km məsafədə, Vedi ç

Qaralar (Vedibasar)

  • Ana Səhifə
  • Vikipediya
  • Qaralar (Vedibasar)

Qaralar — əvvəllər Vedibasar mahalında, sonralar isə Vedi rayonunda kənd.

Qaralar
39°54′01″ şm. e. 44°39′12″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 13,15 km²
Mərkəzin hündürlüyü 850 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.243 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Qaralar xəritədə
Qaralar
Qaralar

Mündəricat

Tarixi

Qaralar İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənddir. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə bu faktlar təhrif edilərək 1873–1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir.

1918–20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı vuruşmuşlar. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşmuş, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak etmişlər.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin mühacirətdə olan azərbaycanlı əhalisi geri qayıtmışdır,

lakin bu illərdə kənddə İranın Bacaqulis vilayətindən (indi Ostan), Türkiyənin Van, Şatax və Bayazed vilayətlərindən ermənilər də köçürülüb kənddə yerləşdirilmişlər. Daha sonra, 1940–50-ci illərdə isə indiki Ermənistanın Qaranlıq (Martuni) və Qarakilsə (Sisyan) rayonlarından, 1946-cı ildə İran və Livandan yenidən ermənilər köçürülərək Qaralar kəndində yerləşdirilmişdir.

Kənddə 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni, 1926-cı ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni, 1939-cu ildə ümumilikdə 780, 1955-ci ildə 1181, 1970-ci ildə 1794, 1979-cu ildə 1942 nəfər əhali yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Toponim türk mənşəli qaralar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aralez qoyulmuşdur.

Əhalisi

İlSayı
1831 49
1897 575
1926 532
İlSayı
1939 780
1959 1.181
1970 1.794
İlSayı
1979 1.942
2001 2.493
2011 2.243

Görkəmli şəxsiyyətləri

  • Abbas İbrahim oğlu Səfərov — Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri.
  • Adil Nağıyev — Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı.
  • Əziz Ələkbərli — Milli məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya elmləri namizədi.
  • Zeyqəm Süleymanov — tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti.
  • İlqar Haqverdiyev — tibb elmləri namizədi.
  • Yaşar Haqverdiyev — polis polkovniki.
  • Teyyub Hacıyev — kənd təsərrüfatı elmləri namizədi.
  • Həbib Hacıyev — məktəb direktoru.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaralar (Vedibasar) haqqında məlumat. Qaralar (Vedibasar) nədir? Qaralar (Vedibasar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    4 sentyabr

  • Fevral 27, 2026

    Kontrabas

  • Fevral 27, 2026

    Vorkuta

  • Fevral 27, 2026

    Səlahəddin Kazımov

  • Mart 01, 2026

    Makkartizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst