Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954).

Əyyub Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • Əyyub Abbasov

Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954).

Əyyub Abbasov
Doğum tarixi 1905
Doğum yeri Şəki kəndi, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 dekabr 1957 (51–52 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1928–1932)
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1954

Mündəricat

Həyatı

İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abbasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir.

Fəaliyyəti

1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır.

Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir.

Yaradıcılığı

İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və s. şeir və poema topluları çapdan çıxmışdır. İkicildlik Zəngəzur (1956-1957) tarixi romanında 1917-20 illərdə regionun ümumi mənzərəsi təsvir edilir. Qadın azadlığı adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. Böhtan, Qardaşlar, Bahar nəğməsi, Şəfəq, Məlik Məhəmməd, Alma ağacı, Qisas, Sevinc pyesləri, tərcümələri var.

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" monoqrafiyası nəşr edilib ("Mütərcim" nəşriyyatı-2016).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əyyub Abbasov haqqında məlumat. Əyyub Abbasov nədir? Əyyub Abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Frederik

  • Fevral 27, 2026

    Ankara döyüşü

  • Mart 01, 2026

    Qvadalaxara

  • Mart 01, 2026

    Avşarlar sülaləsi

  • Fevral 27, 2026

    Bujumbura

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst