Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balababa Hüseynağa oğlu Rzayev (10 iyun 1957, Zirə) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi

Balababa Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Balababa Rzayev

Balababa Hüseynağa oğlu Rzayev (10 iyun 1957, Zirə) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2016).

Balababa Rzayev
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Vəzifədədir
4 sentyabr 2018-ci ildən
    ƏvvəlkiEtibar Pirverdiyev
    "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
    10 fevral 2015 – 4 sentyabr 2018
    "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
    10 avqust 2006 – 10 fevral 2015
    ƏvvəlkiHüseyn Arabul
    Şəxsi məlumatlar
    Doğum tarixi 10 iyun 1957(1957-06-10) (68 yaş)
    Doğum yeri
    • Zirə, Artyom rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsi (1974–1979)
    Fəaliyyəti dövlət xadimi

    Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20172017
    "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 20162016
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Balababa Hüseynağa oğlu Rzayev 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.

    1964–1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək "Elektrik şəbəkə və sistemləri" ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.

    Ailəlidir, iki övladı — bir qızı, bir oğlu, dörd nəvəsi var.

    Əmək fəaliyyəti

    4 sentyabr 1979-cu ildən Azərbaycan SSR Melorasiya və Su Təsərrüfatı Nazirliyinin "Abşeron Mexaniki Suvarma" İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən "Azərsənayeelektrikquraşdırma" trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980–02.1981), iş icraçısı (02.1981–04.1985), sahə rəisi (02.1985–07.1986), baş mühəndis (07.1986–04.1988), idarə rəisi (04.1988–05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə — "Bakıelektro" ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

    10 avqust 2006-cı il tarixdə "Bakıelektrikşəbəkə" ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B. Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub.

    Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli 1046 saylı sərəncamına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

    2015–2018-ci illərdə "Azərişıq" ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub. 2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15–20 faiz olduğu halda, 2018-ci ildə 8–10 faizə endirilib, "Azərişıq" ASC-nin bütün xidmətləri "ASAN Kommunal və ASAN Xidmət" mərkəzlərinə transfer olunub.

    Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

    Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə B. Rzayev "Azərenerji" ASC-nin prezidenti təyin edilib.

    Azərbaycan Respublikasının Baş nazirinin 5 oktyabr 2024-cü il tarixli sərəncamı ilə B. H. Rzayevə şiddətli töhmət elan edilib.

    Azərbaycan Respublikasının Baş nazirinin 23 aprel 2025-ci il tarixli qərarı ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnaməsi və strukturu təsdiq edilmişdir. Yeni nizamnaməyə əsasən qurumun cari rəhbərliyinin kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş və prezident vəzifəsi nizamnamədən çıxarılmışdır. Bundan irəli gələrək Balababa Hüseynağa oğlu Rzayevin tutduğu vəzfiə ləğv ediliş hesab olunur.

    Mükafatları

    • Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2016-cı il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" adına layiq görülüb.
    • 2017-ci ilin yanvar ayında MDB üzv ölkələri Elektroenergetika Şurasının Qərarı ilə "MDB-nin Əməkdar energetiki" fəxri adına layiq görülmüşdür.
    • Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2017-ci il tarixli Sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balababa Rzayev haqqında məlumat. Balababa Rzayev nədir? Balababa Rzayev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Arı

    • Fevral 27, 2026

      Uluq Məhəmməd

    • Fevral 28, 2026

      Jak-İv Kusto

    • Mart 01, 2026

      Nəbz

    • Fevral 24, 2026

      Ekologiya

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst