Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və tox

Qırmızı qurdeşənəyi

  • Ana Səhifə
  • Vikipediya
  • Qırmızı qurdeşənəyi

Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.

XBT-10 təsnifatı
M32.-Sistemli qırmızı qurd eşənəyi
M32.0Dərmanların törətdiyi qırmızı qurd eşənəyi
M32.1+Orqanların və orqan sistemlərin cəlb olunması ilə gedən sistemli qırmızı qurd eşənəyi
M32.8Sistemli qırmızı qurd eşənəyin digər biçimləri
M32.9Sistemli qırmızı qurd eşənəyi, dəqiqləşdirilməmiş
L93.-Qırmızı qurd eşənəyi
P00.8Ana bətnində gedən patoloji prosselər nəticəsində döl və yenidoğulmuş uşaqlarda qırmızı qurd eşənəyi
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Mündəricat

Etimologiyası

Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur.

Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib.

Səbəbləri

Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər:

  • İrsi / Genetik
  • Ətraf mühit: infeksiya, günəş şüası
  • Dərmanlar

Təsnifat

Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur:

  • sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir.
  • dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .
    • 3 cür olur: yerli, yayılmış və uşaq diskoid formaları .
  • dərmanların törətdiyi forma
  • neonatal forma (körpələrdə qurd eşənəyi)

Əlamətləri (simptomları)

Qırmızı qurd eşənəyi istənilən orqanı zədələyə bilər. Heç də bütün xəstələrdə dəri zədələnmələri olmur. Bəzi xəstələrdə yalnız bir orqan sistemi patoloji prosesə cəlb oluna bilər: məsələn, yalnız psixoz və ya qlomerulonefrit şəklində özünü büruzə verən kliniki biçimdə. Digər xəstələrdə bütün orqan sistemləri zədələnə bilər: bəzən bu eyni vaxtda baş verə bilər, bəzənsə tədricən gedən proqres sonucu ola bilər.

  • Dəri zədələnmələri makular, diskoid, bullöz (suluqlu) ola bilər.
  • Daxili orqan zədələnmələri bir və ya bir neçə orqan sistemlərin cəlb olunması ilə izlənilə bilər.
    • Sinir sistemi: psixoz, qıcolma (rus. sudoroqa), xoreik hiperkinez, ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən ifliclər və s.
    • Qanyaradıcı toxumalar: leyko- və limfositopeniya, anemiya, trombositopeniya və trombozlar.
    • Ürək-damar sistemi: Libman-Saks endokarditi (qeyri-yoluxucu revmatik endokardit) , perikardit, antifosfolipid sindrom nəticəsində aşırı laxtalanma və
    • Tənəffüs sistemi: plevrit
    • Sidik-ifrazat sistemi: qlomerulonefrit, nefrotik sindrom
    • Törəmə orqanları: ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən uşaq salmalar .

Diaqnostika

İnkişaf etmiş ölkələrdə qurd eşənəyi xəstələri çox vaxt bir neçə tibbi uzman tərəfindən müayinə və müalicə olunur. Məsələn, diaqnostika mərhələsində dermatoveneroloq xəstəni revmatoloq ya da terapevtin yanına yollaya bilər. Bunu psixiatr, nevropatoloq, ginekoloq da edə bilər, xəstəliyin ilkin simptomlarından asılı olaraq.

Dəri formaların diaqnostikası

Dəri formaları dərinin biopsiyası və qanda lupus-spesifik antibədənciklərin (əks-cisimlərin) səviyyəsini bəlirləmə nəticəsində qoyulur. Bu zaman daxili orqanların müayinəsi heç bir patoloji zədələnmə olmadığını göstərir.

Sistemli formanın diaqnostikası

Başqa autoimmun xəstəliklərdən ayırd olunmasını asanlaşdırmaqdan ötürü Amerikan Revmatoloji Kolleci 1982-ci ildə Sistemli qırmızı qurd eşənəyinin sinifləndirmə kriterlərini tərtib etdi . Amerikan Revmatoloji kollecinin 11 meyarı:

  1. Üzün kəpənəkvari eritemi (qızartı, səpgi)
  2. Diskoid qurd eşənəyi
  3. Gün işığına həssaslıq
  4. Ağız və burunda selikli qişanın xoraları
  5. Qeyri-eroziv artrit (oynaq iltihabı)
  6. Plevrit və ya perikardit
  7. Nefrit (sidikdə silindrlərin və ya zülalın səviyyəsi günə 500 mg-dan artıq olması)
  8. Ensefalopatiya (qıcolma və ya psixoz)
  9. Qan dəyişikləri: retikulozlu hemolitik anemiya, və ya leykopeniya (< 4,000/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya limfopeniya (< 1,500/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya trombositopeniya (<100,000/ mm³ - bunu törədə bilən dərmanların təsiri istisna olubsa)
  10. İmmunoloji pozuntular: ikiqat sarmallı DNT-a qarşı antibədənciklərin (anti-isDNA-AB), və ya Smith-Antigeni antibədənciklərin (Sm-AB), və ya antifosfolipid antibədənciklərin (antikardiolipin antibədəncikləri, müsbət lupus-antilaxtalayıcı testi, və ya yalançı-müsbət Vasserman reaksiyası) qanda tapılması.
  11. Anti-nüvə antibədəncikləri (ANA)

11 kriterdən ən azı dördü müsbətdirsə, sistemli qırmızı qurd eşənəyindən danışmaq olar. Bunlar rəsmi olaraq sinifləndirmə kriterləri adlandırılsa da, Qərb uzmanları tərəfindən praktikada diaqnostika üçün də geniş istifadə olunur. Ancaq AKR meyarlarının bəzi nöqsanlarını bilmək çox önəmlidir:

Müalicəsi

  1. Qlukokortikoidlər
  2. Immuno-depressantlar
  3. Sitostatik perparatlar
  4. Salisatlar
  5. Pirazolon preparatları
  6. Indometasin

Bədəndəki histamin nisbətinin yüksəlməsi allergiyaya səbəb olar. Histaminin tarazlaşdirmaq üçün histaminli və ya kortizonlu dərmanlar verilir. Antihistaminik və kortizonlu (kortikoidlər) dərmanların əlavə təsirləri çoxdu.

Fizioterapiya və reabilitasiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qırmızı qurdeşənəyi haqqında məlumat. Qırmızı qurdeşənəyi nədir? Qırmızı qurdeşənəyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Sabit Abbasəliyev

  • Fevral 24, 2026

    Fonologiya

  • Fevral 23, 2026

    Çin tarixi

  • Fevral 23, 2026

    Filippin

  • Fevral 25, 2026

    Nobel mükafatı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst