Ekranas (Litva dilində-Futbolo Klubas Ekranas) - Litvanın futbol klubu. Panevejis şəhərində yerləşir.
| Ekranas FK | |||
|---|---|---|---|
| |||
| Ölkə | |||
| Ləqəb(lər) | Κυανέρυθροι, Mėlynai Raudoni, The Blue-Reds | ||
| Rəng(lər) | göy, qırmızı | ||
| Yaranma tarixi | 1964 | ||
| Bağlama tarixi | 2015 | ||
| | |||
Tarixi
1964-cü ildə yaranan komanda ilk uğurunu 21 il sonra qazanıb. 1985-ci ildə Litva çempionu olan Panevejis şəhəri təmsilçisi 1991-ci ildən başlayaraq, müstəqil Litva birinciliklərinin daimi iştirakçısıdır. 20-ci yubiley çempionatında 12 turdan sonra 27 xalla ikinci pillədə qərarlaşan “Ekranas” əvvəlki 19 mövsümdə kifayət qədər titul qazanıb. 2008-ci ilin ortalarından baş məşqçi postuna Valdas Urbonası gətirən Panevejis təmsilçisi ev oyunlarını cəmi 4 min tamaşaçı tutan “Aukştaitiya” stadionunda keçirir.[mənbə göstərilməlidir]
Uğurları
1985, 1993, 2005, 2008-ci illərdə 4 dəfə futbol üzrə Litva çempionatının qalibi olmuşdur. 3 dəfə gümüş medala sahib çıxıb - 2003, 2004, 2006. 4 dəfə bürünc medala sahib çıxıb - 1994, 1998, 2002, 2007. 3 dəfə də kubokun finalçısı olub - 1994, 2003, 2006.
1985, 1998, 2000-ci illərdə 3 dəfə Litva Kubokunun sahibi olub.
1998, 2006-cı illərdə 2 dəfə Litva Superkubokunu qazanmışdır.
2006-cı ildə Baltik Çempionları Kubokunun qalibi olmuşdur.
1993 və 2009-cu illərdə “Birlik Kuboku” turnirinə yollanan “Ekranas” tarixi ərzində bu turnirdə uduzmayıb. Onlar müvafiq olaraq yarımfinal və 1/4 finaladək irəlilədiyi turnirlərdə penaltilər seriyasında mübarizəni dayandırıb.
Avrokuboklardakı iştirakı
Avrokuboklarda 11 dəfə çıxış edən “Ekranas” 4 dəfə mərhələ adlaya bilib ki, bu da onların 30 oyun keçirməsinə imkan verib. Ümumilikdə, 9 qələbə, 6 heç-heçə və 15 məğlubiyyəti olan rəqibimiz top fərqində də geridir – 33:54.
1993/1994. Çempionlar Liqası
“Floriana” (Malta) 0:1 0:1 (ilk oyun evdə)
1998/1999. Kuboklar Kuboku
“Apollon” (Kipr) 1:2 3:3 (ilk oyun evdə)
1999/2000. İntertoto Kuboku
“Çaxlaul” (Rumıniya) 0:1 0:1 (ilk oyun səfərdə)
2000/2001. UEFA Kuboku
“Lyers” (Belçika) 0:3 0:4 (ilk oyun evdə)
2001/2002. İntertoto Kuboku
“Artmedia” (Slovakiya) 1:1 1:1 pen – 4:5 (ilk oyun evdə)
2003/2004. UEFA Kuboku
“Debretsen” (Macarıstan) 1:1 1:1 pen – 2:3 (ilk oyun evdə)
2004/2005. UEFA Kuboku
“Dudelanj” (Lüksemburq) 1:0 2:1 (ilk oyun evdə)
“Odd Qrenland” (Norveç) 1:3 2:1 (ilk oyun səfərdə)
2005/2006. UEFA Kuboku
“Kork Siti” (İrlandiya) 0:2 1:0 (ilk oyun evdə)
2006/2007. Çempionlar Liqası
“Elbasani” (Albaniya) 0:1 3:0 (ilk oyun səfərdə)
Dinamo Zaqreb (Xorvatiya) 1:4 2:5 (ilk oyun evdə)
2007/2008. UEFA Kuboku
B-36 (Farer adaları) 3:1 3:2 (ilk oyun səfərdə)
“Valarenga” (Norveç) 1:1 0:6 (ilk oyun evdə)
2008/2009. İntertoto Kuboku
“Narva” (Estoniya) 1:0 3:1 (ilk oyun evdə)
Rusenborq (Norveç) 1:3 0:4 (ilk oyun evdə)
2009/2010. Çempionlar Liqası
Bakı (Azərbaycan) 2:2 2:4 (ilk oyun evdə)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ekranas FK haqqında məlumat. Ekranas FK nədir? Ekranas FK nə deməkdir?
