Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Həmidulla oğlu Rəhimov (ukr. ́Вюгар Гамидулла огли Рагимов; 5 fevral 1986, Bakı) — Azərbaycan əsilli Ukrayna güləşçisi, Avropa çempionatının gümüş və ikiq

Vüqar Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Vüqar Rəhimov

Vüqar Həmidulla oğlu Rəhimov (ukr. ́Вюгар Гамидулла огли Рагимов; 5 fevral 1986, Bakı) — Azərbaycan əsilli Ukrayna güləşçisi, Avropa çempionatının gümüş və ikiqat bürünc mükafatçısı. 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı. Ukraynanın beynəlxalq dərəcəli idman ustası.

Vüqar Rəhimov
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Ukrayna
Doğum tarixi 5 fevral 1986(1986-02-05) (40 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Boyu 165 sm
Çəkisi 60 kq
İdman növü Yunan-Roma güləşi
Medallar
Avropa çempionatı
Bürünc 2007 Sofiya- 55 kq
Bürünc 2010 Bakı- 55 kq
Gümüş 2011 Dortmund- 55 kq
Fəxri idman adları

Mündəricat

Karyerası

Vüqar Rəhimov 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. Atası fabrikdə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. Ailədə 4 uşaq olublar — 3 qardaş, 1 bacı.

Vüqarda güləşə sevgi bu idman növü ilə məşğul olan böyük qardaşları — Atamoğlu və Rəhim (sonralar gənclər arasında yunan-Roma güləşi üzrə Ukrayna çempionu olub) sayəsində yaranıb. İdman zalına ilk dəfə 14 yaşında, Bakının Binə kəndində getmiş və burada qardaşları ilə birlikdə məşq etməyə başlamışdır.

2002-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olub. Lakin buna baxmayaraq onu 50 kq çəki dərəcəsində yeniyetmələr arasında Avropa çempionatına aparmayıblar. Bu hadisədən sonra Nikolayev şəhərində yaşayan əmisinin dəvəti ilə Ukraynaya gedib. Bir il sonra, 2003-cü ildə isə Zaporojya şəhərinə köçüb və burada Yevgeni Çertkovun rəhbərliyi altında məşqlərə başlayıb.

2004 və 2005-ci illərdə gənclər arasında güləş üzrə Avropa çempionatlarında bürünc, 2006-cı ildə isə gümüş medal qazanıb.

Ukraynanı 55 kq çəki dərəcəsində yeddi dəfə (2005–2007, 2009–2011, 2013) dünya çempionatlarında, beş dəfə (2006–2007, 2009–2011) isə Avropa çempionatlarında təmsil edib. Dünya çempionatlarında ən yaxşı nəticəsi yeddinci yer (2006), Avropa çempionatlarında isə ikinci yer (2011) olub.

2012-ci ilin may ayında Helsinki şəhərində keçirilmiş güləş üzrə dünya Olimpiya təsnifat turnirində bütün rəqiblərinə qalib gələrək 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Olimpiya Oyunlarına təsnifat mərhələsindən başlayan Vüqar, ilk görüşündəcə çinli Li Şujinə məğlub olaraq mübarizəni dayandırıb.

2019-cu ildə Vüqar Rəhimov yunan-Roma güləşi üzrə Ukrayna yığmasına böyük məşqçi təyin edilib.

Şəxsi həyatı

Zaporojye Milli Universitetinin bədən tərbiyəsi fakültəsində təhsil alıb. Müsəlmandır. İdmanda kumirləri Buvaysar Saytiyev və Fərid Mansurovdur.

2006-cı ildə ukraynalı xanım ilə ailə həyatı qurub. Nina adlı qızları var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüqar Rəhimov haqqında məlumat. Vüqar Rəhimov nədir? Vüqar Rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Coul

  • Fevral 27, 2026

    Balıqcıl qaraquş

  • Fevral 27, 2026

    Maqnit seli

  • Mart 01, 2026

    Ukrayna himni

  • Fevral 27, 2026

    Oldenburq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst