Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl

Zair

  • Ana Səhifə
  • Vikipediya
  • Zair

Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi.

Tarixi dövlət
Zair
Bayraq Gerb
Bayraq Gerb
27 oktyabr 1971 — 16 may 1997
Paytaxt Kinşasa
Dil fransız dili
Ərazisi
  • 2.345.410 km²
Əhalisi
  • 46.498.539 nəf.
İdarəetmə forması respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır.

Mündəricat

Etimologiya

Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür. Bu ad da öz növbəsində kikonqo dilindəki "nzere" və ya "nzadi" ("bütün çayları udan çay" sözündən törəmişdir.

Əhali

1979-cu ilin məlumatına görə, əhalinin təqrirbən 85%-i bantudilli xalqlar olmuşdur. Ölkənin şimal və şimal-şərqində Sudan (azande, moru-manqbetu) və Nil-səhra (alur, bari) dillərində danışılırdı. Bir necə min avropalı da yaşayırdı. Rəsmi dil fransız dili olmuşdur. Əhalinin təqribən 50%-i yerli ənənəvi dinlərini saxlamışdılar, 21%-i xristian (katolik və protestant), qalanları isə müsəlman idi.

Hökumət və siyasət

Zair rəsmi olaraq respublika olmuşdur. Ali hakimiyyət orqanı İnqilabi Xalq Hərəkatı Partiyasıdır. Partiyanın sədri eyni zamanda dövlət başçısı, İcraedici Şuranın (hökumət), Qanunverici Şuranın (parlament) Hüquq Şurasının başçısı, ali baş komandan və dövlət müdafiə komissarı olmuşdur.

Mobutizm

Doktrina əsası yaradıldıqdan qısa müddət sonra, 1967-ci ilin mayında ictimaiyyətə "N'sele manifesti" şəklində açıqlanmışdır. Milliyyətçilik, inqilab və həqiqilik "mobutizm" kimi tanınan ideologiyanın əsas mövzuları təyin edilmişdir.

Milliyyətçilik iqtisadi və siyasi müstəqilliyin əldə olunmasını nəzərdə tuturdu. Burada "mahiyyətcə praqmatik olan həqiqi milli inqilab" olaraq xarakterizə edilən inqilab "həm kapitalizmin, həm də kommunizmin inkarı" mənasında idi. Beləliklə, "nə sağ, nə sol" rejimin "həqiqilik" ilə yanaşı legitimləşdirici şüarlarından birinə çevrilmişdir.

İqtisadiyyat

Mobutunun nəzarəti ələ keçirməsindən sonra ölkə sabitləşməyə başlamışdır, lakin iqtisadi vəziyyət tənəzzülə uğramağa başlamışdır. Artıq 1979-cu ilə qədər alıcılıq qabiliyyəti 1960-cı il ilə müqayisədə cəmi 4% təşkil etmişdi. 1976-cı ildən BVF onun rejiminə sabitləşdirici kreditlər verdi. Pulun çox hissəsi Mobutu və onun çevrəsi tərəfindən mənimsənilmişdir.

BVF-nin nümayəndəsi Ervin Blumentalın 1982-ci il hesabatına görə, "həyəcanlı şəkildə aydın idi ki, Zairdəki korrupsioner sistem bütün pis və çirkin təzahürləri, yanlış idarə edilməsi və saxtakarlığı beynəlxalq institutların, dost hökumətlərin və kommersiya banklarının Zair iqtisadiyyatının bərpası və sağlamlaşdırılması istiqamətində olan bütün cəhdlərini məhv edəcək". Blumental bildirmişdi ki, kreditorların heç vaxt kreditlərini geri əldə etmə şansı yoxdur. Bununla belə, BVF və Dünya Bankı mənimsənilmiş, oğurlanmış və ya "fil layihələrinə sərf edilmiş" pulları borc verməyə davam edirdi. BVF kreditlərinin şərti kimi həyata keçirilən "struktur düzəliş proqramları" səhiyyə, təhsil və infrastruktura dəstəyi kəsmişdi.

Standartlar və abbreviaturalar

Zairin ali səviyyəli domeni ".zr" idi. O vaxtdan bəri ".cd" olaraq dəyişdirilmişdir.

Əlavə ədəbiyyat

Vikianbarda Zair ilə əlaqəli mediafayllar var.
  • Macgaffey, J., 1991. The Real Economy of Zaire: The Contribution of Smuggling and Other Unofficial Activities to National Wealth. Philadelphia: University of Pennsylvania Press.
  • Callaghy, T., The State–Society Struggle: Zaire in Comparative Perspective. New York: Columbia University Press, 1984, ISBN 0-231-05720-2.
  • Young, C., and Turner, T., The Rise and Decline of the Zairian State. Madison: The University of Wisconsin Press, 1985, ISBN 978-0-299-10110-7.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zair haqqında məlumat. Zair nədir? Zair nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    8 noyabr

  • Fevral 24, 2026

    Enerji

  • Fevral 24, 2026

    Məğrib

  • Fevral 24, 2026

    11 may

  • Fevral 23, 2026

    Manqa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst