Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Darvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin təkamülü nəzəriyyəsidir. "Biql" gəmisində 5 illik (1831–1836) dünya səyahətindəki mü

Darvinizm

  • Ana Səhifə
  • Vikipediya
  • Darvinizm

Darvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin təkamülü nəzəriyyəsidir. "Biql" gəmisində 5 illik (1831–1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Darvinə əsas verdi. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başlamış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbii seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin iclasda çıxış edən A. Vollesin baxışları Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Volles etiraf etdi ki, Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır. Darvinizm təlimində Ç. Darvin iki əsas dəyişkənlik tipinin olduğunu qeyd edirdi.

  1. Müəyyən dəyişkənlik — Xarici mühit amillərinin təsirinə cavab olaraq orqanizmin uyğunlaşma reaksiyaları.
  2. Qeyri-müəyyən dəyişkənlik — Xarici mühit amillərinin təsiri ilə meydana gələn lakin uyğunlaşma xarakteri daşımayan dəyişikliklər.

Darvin qeyri-müəyyən dəyişiklikləri təkamül üçün başlıca material mənbəyi sayırdı. Müasir biologiyanın müəyyən etdiyi kimi təkamül üçün material yalnız mutasiya və çarpazlaşma nəticəsində meydana çıxan mutasiyalar kombinasiyasına əsaslanan qeyri-müəyyən dəyişikiklər ola bilər. Orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibəti yaşama uğrunda mübarizədə öz əksini tapır. Ç. Darvinə görə bu mübarizə bir növün bütün fərdləri üçün lazım olan həyat vasitələrinin (qida, işıq, sığınacaq, ərazi, hava, su) çatışmaması nəticəsində baş verir. Yaşamaq uğrunda mübarizədə məğlub olan fərdlər daha da zəifləyib nəsil törədə bilmir. Bu mübarizədən qalib çıxan daha doğrusu ətraf mühitə uyğunlaşa bilən fərdlər öz inkişaflarını davam etdirirlər. Eyni ərazidə yaşayan bir növün fərdləri arasında daima kəskin mübarizə gedir. Yuxarıda qeyd olunduğu kimi ətraf mühitə uyğunlaşa bilən fərdlər inkişaf edib yeni növ, və ya eyni növdə yeni əlamət yarada bilər. Əlamətlərin bu üsulla ayrılması divergensiya adlanır. Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.

Həmçinin bax

  • Çarlz Darvin
  • Təkamül

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Darvinizm haqqında məlumat. Darvinizm nədir? Darvinizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Eston dili

  • Fevral 23, 2026

    23 may

  • Fevral 23, 2026

    Bazar iqtisadiyyatı

  • Fevral 24, 2026

    Tehran ostanı

  • Fevral 23, 2026

    Nümayəndəli demokratiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst