Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müh

Vüqar Ağayev

  • Ana Səhifə
  • Vikipediya
  • Vüqar Ağayev

Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Vüqar Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 4 mart 1973
Doğum yeri Xanlıq, Qubadlı, Azərbaycan SSR
Vəfat tarixi 1 noyabr 2020 (47 yaşında)
Vəfat yeri Qubadlı rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1991–2020
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Qubadlının azad edilməsi
Təltifləri
Vətən Müharibəsi Qəhrəmanı
"Vətən uğrunda" medalı — 20202020 "Qubadlının azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Mündəricat

Həyatı

Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı.

Hərbi xidməti

Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
  • (26.06.2006) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • (25.06.2008) — "Hərbi xidmətlərə görə" medalı
  • (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • (26.06.2011) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • (20.04.2016) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • (26.06.2016) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

İrsi və xatirəsi

2021-ci ildə Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir) Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin adı verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüqar Ağayev haqqında məlumat. Vüqar Ağayev nədir? Vüqar Ağayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qratz

  • Fevral 23, 2026

    Ağ amerikalılar

  • Fevral 27, 2026

    Nikolayev

  • Mart 01, 2026

    Keyci Tamada

  • Fevral 27, 2026

    Meri Tamm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst