Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşın

Fumiko Hayaşi

  • Ana Səhifə
  • Vikipediya
  • Fumiko Hayaşi

Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir.

Fumiko Hayaşi
yap. 林芙美子
Doğum tarixi 31 dekabr 1903(1903-12-31)
Doğum yeri
  • Şimonoseki, Yamaquçi prefekturası, Yaponiya
Vəfat tarixi 29 iyun 1951(1951-06-29) (47 yaşında) və ya 28 iyun 1951(1951-06-28) (47 yaşında)
Vəfat yeri
  • Tokio[d], Tokio, Yaponiya
Fəaliyyəti romançı, şair, yazıçı, ssenarist
Fəaliyyət illəri 1928-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb.

Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb. Burada tanış olduğu və qısa müddət birlikdə yaşadığı sevgilisi tərəfindən aldadıldıqdan sonra qadın ofisiant, satıcı və digər işlərdə işləməli olub. 1926-cı ildə rəssam Ryokutoşi Tezuka ilə tanış olaraq onunla evlənib. 1951-ci ildə ölüb.

Yaradıcılığı

Qadın yazıçıları hədəf alan "Nyonin geijutsu" jurnalının redaktoru tərəfindən ziyarət olunduqdan sonra ilk uğurlarını qazanmağa başlayıb. Deyilənə görə Hayaşi o qədər yoxsul idi ki, redaktoru hamam paltarı ilə qarşılamalı olmuşdu, çünki evindəki yeganə paltar o idi. Hayaşinin jurnal redaktoruna 1928-ci ildə təqdim etdiyi "Avaranın gündəliyi" hekayəsi 600 min nüsxə satıb və ölkədə yazıçı kimi tanınmağa başlayıb.

Anası Kikunun qızına böyük təsiri olub və hətta əsərlərində də bunu əks etdirib. Bundan əlavə, yoxsulluq illərində yaşadığı təcrübələrindən daha sonra yazıçılıq karyerasında istifadə etmişdi. 1948-ci ildə nəşr olunan "Şəhər mərkəzi" adlı hekayəsi bunun bir nümunəsidir.

1931-ci ildə "Yoxsulluq qeydləri" adlı avtobioqrafik əsəri də uğurlu olub. Əsərdə Tezuka ilə olan həyatından səhnələrə də yer verib. 1935-ci ildə "İstridyə" və "İbis" kimi hekayələri də nəşr olunub.

Evlənməsinə baxmayaraq, Hayaşi səyahət sevgisindən heç vaxt əl çəkə bilməyib. Avropa, Çin və Cənub-Şərqi Asiyaya uzun səyahətlər edib. 1941-ci ildə "Mainichi" qəzetinin əməkdaşı kimi Mancuriyaya səyahət edib və ordakı əsgərlər görüşüb və cəbhədən xəbərlər gətirib. Daha sonra bu səyahətində yaşadığı təcrübələr əsasında 1949-51-ci illərdə "Uçan bulud" adlı hərbi roman yazıb. 1948-ci ildə digər əsas romanı olan "Qoca payızgülü" romanı nəşr olunub. Yaşlanmış bir geyşanın izolyasiya şəraitində yaşamasından və keçmiş sevgililərindən birini qəbul etməsindən bəhs edən bu romana görə 1949-cu ildə Qadınların Ədəbi Mükafatına layiq görülüb.

Əsərləri

Romanlar və hekayələr

  • Uçan bulud (1951)
  • Avaranın gündəliyi (1930)
  • Yoxsulluq qeydləri (1933)
  • Qoca payızgülü (1952–1957)
  • Sümüklər (1949)
  • Şəhər mərkəzi (1948)

Poemalar

  • Ümidsizlik mahnısı
  • Evə qayıdış
  • Lord Budda

Ədəbiyyat

  • Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 73–79. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 16 fevral 2021.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fumiko Hayaşi haqqında məlumat. Fumiko Hayaşi nədir? Fumiko Hayaşi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fərziyyə

  • Fevral 23, 2026

    Əsas səmtlər

  • Fevral 27, 2026

    Xəmis Qəzzafi

  • Fevral 25, 2026

    İstiqraz

  • Fevral 27, 2026

    Sinti-pop

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst