Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aynur Sofiyeva (19 iyul 1970, Qax) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster (1991), ikinci çağırış Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respu

Aynur Sofiyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Aynur Sofiyeva

Aynur Sofiyeva (19 iyul 1970, Qax) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster (1991), ikinci çağırış Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, 2002–2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti.

Aynur Sofiyeva
Aynur Məmmədiyyə qızı Sofiyeva
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi 19 iyul 1970(1970-07-19) (55 yaş)
Doğum yeri
  • Qax, Qax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Titulu qrosmeyster
Son reytinqi 2313 (avqust 2016)
Maksimal reytinqi 2420 (iyul 1991)
FİDE nömrəsi 13400010
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Tərəqqi" medalı — 19951995
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Sofiyeva Aynur Məmmədiyyə qızı 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci(birbaşa) sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir.

1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdur. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır.

1998–2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanmış, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrosmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrosmeyster adını qazanmışdır. 2002–2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.

2007-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

2025-ci ildə Türkiyənin “TRT Avaz” telekanalı tərəfindən hazırlanan "Üzlər" sənədli layihəsinin birinci bölümü Aynur Sofiyevaya həsr olunub. "Şahmat taxtasının şahzadəsi" adlı bu bölümdə Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdirilib.

Ailəsi

Futbolçu Yunis Hüseynov ilə ailəlidir, 2 övladı var.

Filmoqrafiya

  1. Ən gənc (film, 1987)
  2. Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aynur Sofiyeva haqqında məlumat. Aynur Sofiyeva nədir? Aynur Sofiyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Juniperus angosturana

  • Fevral 27, 2026

    Şimal qütbü

  • Fevral 23, 2026

    Ərazi

  • Mart 01, 2026

    Parrotia

  • Mart 01, 2026

    Menopauza

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst