Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Əliyev (tam adı: Vüqar Zifər oğlu Əliyev; 12 oktyabr 1978, Bakı) — Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dek

Vüqar Zifəroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Vüqar Zifəroğlu

Vüqar Əliyev (tam adı: Vüqar Zifər oğlu Əliyev; 12 oktyabr 1978, Bakı) — Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü.

Vüqar Zifəroğlu
Doğum tarixi 12 oktyabr 1978(1978-10-12) (47 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
İxtisası Beynəlxalq Jurnalistika
Təhsili Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisası
Fəaliyyəti Jurnalist, dekan, araşdırmacı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20202020

Mündəricat

Həyatı

Vüqar Əliyev 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 № orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib. 1997-ci ildən mediada analitik və araşdırma məqalələri yayımlanır.

Dövri mətbuatda analitik və informativ janrlarda yazılmış 100-dən artıq məqalənin müəllifidir. Yaxın Şərq üzrə analitikyazıları Azərbaycanın bir çox aparıcı informasiya portalları və media orqanlarında mütəmadi şəkildə yayımlanır. Eyni zamanda müxtəlif televiziya kanallarına ekspert olaraq dəvət olunur. (Az TV, APA TV, ARB, Lider və s.)

2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışırır. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışmır. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanıdır.

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi, İdarə heyətinin sədridir.

Fəaliyyəti

2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik dissertasiyası, 2017-ci ildə junalistika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.

2010-cu ilin fevral ayının 4–6-da Rumıniyanın Buxarest şəhərində YUNİSEF-in xətti ilə keçirilmiş "Uşaq hüquqları və jurnalistika" praktik seminarının iştirakçısıdır. 2010-cu il dekabrın 2–5-də Lefkedə (K. K. T. C.) Beynəlxalq Avroasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkil etdikləri "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransında iştirak etmiş, "Ortaq Türk İnformasiya məkanının formalaşdırılması" mövzusunda çıxış etmişdir. Konfransda iştirak və çıxışıma görə Lefke Avropa Universitetinin rektoru tərəfindən təşəkkür bəlgəsi almışdır.

2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyinin keçirdiyi Gənc jurnalistlərin III Ümumrespublika müsabiqəsində "Elm və təhsil" nominasiyası üzrə "Qərbi Avropa dillərində türkizmlər" məqaləsinə görə I yerə layiq görülmüş, bununla əlaqədar fəxri fərmanla mükafatlandırılmışdır. 2005-ci ildə Azərbaycan Milli Mətbuatının 130 illiyi münasibətilə BDU Rektoru tərəfindən təşəkkür almışdır. 2011-ci ildə BDU rektoru tərəfindən "KİV-də BDU haqqında obyektiv, dolğun və davamlı məlumatların yayımlanmasına görə", 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən mükafatlandırmada "ictimai fəaliyyəti"mə görə fəxri fərmanla təltif olunmuşdur.

Kitabları

Dörd kitabın ("Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə" (Bakı, 2003); "Xəsryəhudi-xəzər yazışması" (Bakı, 2009); "Sirr" (Bakı, 2013), "Azərbaycan hökmdarları: Səfəvilər" (Bakı, 2016)) və iki monoqrafiyanın ("Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" (Bakı, 2006); "Media imperiyası" (Bakı, 2012)) müəllifi, unudulmaz müəllim və ustal jurnalist Nəsir İmanquiyevin 100 illik yubileyinə həsr edilmiş Biblioqrafiyasının həmtərtibçisidir. İxtisasla bağlı 36 elmi məqalənin, 3 metodiki göctəricinin və dörd tədris proqramının müəllifidir.

Tədqiqat sahəsi

  • Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar
  • Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası
  • İnformasiya təhlükəsizliyi müasir dövrün əsas problemi kimi
  • Azərbaycan və KİV-ə qarşı informasiya müharibəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüqar Zifəroğlu haqqında məlumat. Vüqar Zifəroğlu nədir? Vüqar Zifəroğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Nikolay Qoqol

  • Fevral 23, 2026

    Kürən Erik

  • Fevral 27, 2026

    Pyeta (Mikelancelo)

  • Fevral 27, 2026

    Mikael Arzumanyan

  • Fevral 27, 2026

    Əl-Üzza

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst