Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotami

Xaldeylər

  • Ana Səhifə
  • Vikipediya
  • Xaldeylər

Kəldanilər və ya xaldeylər (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa. Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib.

Arami dilində danışıblar. Xaldeylər Bibliyada bir neçə dəfə xatırlanır.

Tarix

Xaldey (Xaldey) indiki İraqda

Xaldeylər haqqında ilk məlumat eramızdan əvvəl 878-ci ilə aid edilir. Onlar haqqında ilk məlumatı Assuriya kralı II Aşurnazirpalın salnamələrində görmək olar. Fars körfəzi sahillərində , Dəclə və Fəratın aşağı axınındakı bataqlıqlar və göllər ərazisində yaşayırdılar. Bu gün müasir tarixçilərə məlum 6 Xaldey qəbiləsi olub. E.ə. IX əsrdə Xaldeylər Babilin cənub hissəsini işğal etdilər və tədricən şimala doğru irəliləyirlər. Onlar eyni zamanda qədim Akkad / Babil mədəniyyətini gördukcə bu mədəniyyəti və onların dinini qəbul edirlər. Bütün Xaldey tayfaları yarı köçəri həyat tərzi sürmüş və maldarlıqla məşğul olublar. Mixi yazı mənbələrinə əsasən, Xaldey qəbilələrinin başçılarının adları aşağıdakı kimi olub:

  • Bit-Yakin (Elam ilə həmsərhəd qəbilə),
  • Bit-Dakuri (ən böyük qəbilə),
  • Bit-Amukani ,
  • Bit-Adini ,
  • Bit-Şilini və Bit-Şa'alli ,

Assuriya kralı III Şalmanasar eramızdan əvvəl 851-ci ildə Xaldey şahzadələri Bit-Dakuri, Bit-Amukani və Bit-Yakin xərac ödəməyə məcbur etdi. Aşşur padşahları Şamşi-Adad V və III Adad-nirari onlarla müharibələr aparır.

Miladdan əvvəl 744-cü ildə Assuriya kralı III Tiglatpalasar (e.ə. 745 - e.ə. 727) Babilistanı işğal etdi və Sippardan Fars körfəzinin bataqlıqlarına qədər olan ərazidə müttəfiq Xaldey tayfalarını məğlub edir. Bu qələbədən sonra Assur şahı "Sümer və Akkad kralı" titulunu alır. Babil Assuriya hakimiyyətini qəbul etməli olur. Babil şəhərlərinin dini dairələri, məmurları və tacirləri tədricən Assuriya hökmranlığının möhkəm dayağına çevrilir və ölkənin müstəqilliyi uğrunda mübarizədə təşəbbüs Xaldeylərə və şəhər əhalisinin aşağı təbəqələrinə keçdi. Miladdan əvvəl 732-ci ildə Babil sülaləsinin sona çatması Babil mirası üçün Assuriya, Xaldeylər və Elam arasında müabrizənin başlanmasına səbəb olur.

Maraqlı faktlar

  • Qədim Yunanıstanda gəzən falçılara, astroloqlara Xaldeylər deyilirdi.
  • Qədim Rusiyada küçələrdə, bazarlarda insanları əyləndirən insanlara Xalde deyilirdi.
  • Hal-hazırda, Xaldey, xidmət personalı, əsasən garsonlar üçün bir jarqon adıdır

İstinad siyahısı

  1. Халдејләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 41.
  2. Дан 2:4
  3. "ИСТОРИЯ ДРЕВНЕГО ВОСТОКА". 4 dekabr 2021 tarixində . İstifadə tarixi: 4 mart 2021.
  4. "Толковый словарь Кузнецова". 21 aprel 2021 tarixində . İstifadə tarixi: 4 mart 2021.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xaldeylər haqqında məlumat. Xaldeylər nədir? Xaldeylər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Levililər

  • Fevral 27, 2026

    Kral Cəmiyyəti

  • Fevral 10, 2026

    Şengen zonası

  • Fevral 27, 2026

    Əbivərd

  • Fevral 27, 2026

    Dodo

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst