Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın

Həzm aparatı

  • Ana Səhifə
  • Vikipediya
  • Həzm aparatı

Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür:
I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər.

Həzm aparatı
Həzm aparatı (sxematik)
Həzm aparatı (sxematik)
Latınca apparatus degistorius

II. Ön bağırsaq

  • Udlaq
  • Qida borusu
  • Mədə

III. Orta ya nazik bağırsaq

  • Onikibarmaq bağırsaq
  • Acı bağırsaq
  • Qalça bağırsaq

IV. Arxa ya yoğun bağırsaq

  • Kor bağırsaq
  • Qalxan çənbər bağırsaq
  • Köndələn cənbər bağırsaq
  • Enən çənbər bağırsaq
  • S-ə bənzər çənbər bağırsaq
  • Düz bağırsaq

V. Vəzilər

  • Dilaltı vəzi
  • Çənəaltı vəzi
  • Qulaqaltı vəzi
  • Qaraciyər: Öd kisəsi; Öd
  • Mədəaltı vəzi

Ağız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat. jejunum), qalça bağırsağa (lat. ileum) keçir. Onikibarmaq bağırsağa qaraciyər və pankreas axacaqları açılır. Bu axacaqlar vasitəsilə ifraz olunan öd və mədəaltı vəzi şirəsinin təsirindən hörrə halına düşmüş qida nazik bağırsaq divarındakı xovlar vasitəsilə mənimsənilərək qana ötürülmüş olunur. Yerdə qalan hissə arxa ya yoğun bağırsağa: kor bağırsaq (lat. cecum), qalxan çənbər bağırsaq (lat. colon ascendens), köndələn cənbər (lat. colon transversum), enən çənbər (lat. colon descendens), S-ə bənzər çənbər (lat. colon sigmoideum) keçərək tərkibindəki su bağırsaq divarından sorulur və yerdə qalan nəcis kütləsi düz bağırsaq (lat. colon rectum) vasitəsilə anal dəliyindən (lat. anus) defokasiya olunur. Beləliklə həzm kanalı ağız yarığından başlayıb, anus ilə tamam olur və bu dəliklər vasitəsilə xarici mühitlə birləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həzm aparatı haqqında məlumat. Həzm aparatı nədir? Həzm aparatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təngə

  • Fevral 27, 2026

    Andre Osseyn

  • Fevral 27, 2026

    Dpkg

  • Fevral 27, 2026

    İqor Stravinski

  • Fevral 27, 2026

    NEC

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst