Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çələbilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci

Çələbilər (Cəbrayıl)

  • Ana Səhifə
  • Vikipediya
  • Çələbilər (Cəbrayıl)

Çələbilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çələbilər kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Çələbilər
39°23′18″ şm. e. 46°49′43″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 750 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 121 nəf. (1933)
Xəritəni göstər/gizlə
Çələbilər xəritədə
Çələbilər
Çələbilər

Mündəricat

Toponimikası

Kənd 1933-cü ildə qeydə alınmışdır. İranda Çələbi, Krımda Çələbilər (Plodova), Rusiyada Çelyaba (Çelyabinsk) adlı yaşayış məntəqələrinin olduğu da məlumdur.

Tarixi

Rusiya imperiyası illərində Çələbilər kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub. “1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsinin əhalisi haqqında statistik məlumatların məcəlləsi”nə əsasən Cəbrayıl rayonunun Tumaslı kənd dairəsinin Çələbilyar kəndində 7 tüstü və 59 azərbaycanlı (“tatarlar” kimi qeyd olunur) yaşayırdı. ”) din etibarilə sünni idi, onlardan 31 nəfəri ruhani, qalanları kəndli idi. Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub. Çələbilər kəndi 1933-cü ildə rayonun Dağtumas kənd sovetinin tərkibində qeydə alınmışdır. O dövrdə kənd sovetinin bütün əhalisi azərbaycanlılar (mənbədə “türklər”) idi. Bu zaman kənddə 19 təsərrüfat var idi və 121 nəfər yaşayırdı.

Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Çələbilər kəndinin Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçdiyini bildirib.

Tarixi abidələri

Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid-mədrəsə də var. Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilib.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

Həmçinin bax

Çələbilər məscidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çələbilər (Cəbrayıl) haqqında məlumat. Çələbilər (Cəbrayıl) nədir? Çələbilər (Cəbrayıl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 451

  • Fevral 27, 2026

    Səyyar universitet

  • Mart 01, 2026

    Ren Çjenfey

  • Mart 01, 2026

    Nadir

  • Fevral 27, 2026

    Jozef Babinski

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst