Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi.

Raf

  • Ana Səhifə
  • Vikipediya
  • Raf

Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi.

Raf
Ümumi məlumatlar
Doğum adı Raffaele Riefoli
Ləqəbləri Raf, Raff
Doğum tarixi 29 sentyabr 1959(1959-09-29) (66 yaş)
Doğum yeri
  • Marqerita di Savoia[d], Barletta-Andria-Trani əyaləti[d], Apuliya, İtaliya
Milliyyəti italyan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-bəstəkar, müğənni, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1983-cü ildən
Janrlar pop musiqi, pop rok, İtalo-disko
Musiqi aləti gitara
Albom şirkətləri CGD, Warner Music Italy, Sony Music, Universal Music
raf.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib.

Karyera

Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər. Mahnı yarışmada 3-cü yeri tutur və bir sıra Avropa ölkələrində hit-paradlara daxil olur. Müğənni 1988-ci ildə ilk dəfə "Inevitabile follia" mahnısı ilə Sanremo Festivalına qatılır, finalda mahnı 11-ci yerə layiq görülür. 1989-cu ildə Raf Sanremo Festivalında "Cosa resterà degli anni '80" mahnısını oxuyur, sonda mahnı 15-ci yeri tutur. Növbəti dəfə ifaçı Sanremoya 1991-ci ildə dönür və bu dəfə təqdim etdiyi "Oggi un Dio non ho" adlı mahnı finalda 10-cu olur. Sonuncu dəfə 24 il sonra 2015-ci ildə Sanremo Festivalına qatılan müğənninin bronxit xəstəliyinə tutulması səbəbindən onun ifa etdiyi "Come una favola" mahnısı dördüncü axşamın sonunda finaldan kənarlaşdırılır.

Albomlar

  • 1984 – Raf
  • 1988 – Svegliarsi un anno fa
  • 1989 – Cosa resterà…
  • 1991 – Sogni… è tutto quello che c'è
  • 1993 – Cannibali
  • 1995 – Manifesto
  • 1998 – La prova
  • 2001 – Iperbole
  • 2004 – Ouch
  • 2006 – Passeggeri distratti
  • 2008 – Metamorfosi
  • 2011 – Numeri
  • 2015 – Sono io

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Raf haqqında məlumat. Raf nədir? Raf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kilqarınlar

  • Fevral 27, 2026

    Pirrotin

  • Fevral 28, 2026

    Ussuri çayı

  • Fevral 27, 2026

    Tomas Nattol

  • Fevral 27, 2026

    Bədəvilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst