Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hafiz Məhərrəm oğlu Quliyev (10 may 1960, Cəbrayıl rayonu) — Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət x

Hafiz Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Hafiz Quliyev

Hafiz Məhərrəm oğlu Quliyev (10 may 1960, Cəbrayıl rayonu) — Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru.

Hafiz Quliyev
Hafiz Məhərrəm oğlu Quliyev
Doğum tarixi 10 may 1960 (65 yaş)
Doğum yeri Cəbrayıl, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Məhərrəm Quliyev
Anası Zərifə Quliyeva
Fəaliyyəti rejissor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005 "Sənətkar" medalı

Mündəricat

Həyatı

Hafiz Quliyev 10 may 1960-cı ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilmişdir.

1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunmuşdur.

Bu gün teatrın repertuarında özünəməxsus yer tutan S. Ələsgərovun "Solğun çiçəklər", Ü. Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əsli və Kərəm", Z. Hacıbəyovun "Aşıq Qərib", F. Əmirovun "Sevil", Ş. Axundovanın "Gəlin qayası", R. Mustafayevin "Vaqif", Firəngiz Əlizadənin "Intizar", C. Cahangirovun "Xanəndənin taleyi", N. Əliverdibəyovun "Cırtdan", M. Kajlayevin "Valida", Ş. Musaoğlu "Beş qapı" əsərləri H. Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur.

H. Quliyev Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənətindən, Milli Konservatoriyada opera sinfindən dərs deyir, Dosentdir.

Eyni zamanda Ü. Hacıbəylinin məşhur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında 2 dəfə 2003 və 2013-cü illərdə, Samsun Dövlət Opera və Balet tearında 2 dəfə 2009 və 2018-ci illərdə, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında, Moskvada, Bolqarıstanda Kdjalı Dövlət Teatrında və Sofiya şəhərində, Ü. Hacıbəylinin "Leyli və Məcnun" Tacikistanın Düşənbə Akademik Dövlət Opera və Balet teatrında və b. teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoymuşdur.

Çexiyada, Koreyada Beynəlxalq festivalda iştirak etmişdir, Beynəlxalq İpək yolu festivalı üçün 8 tamaşa hazırlamışdır. Bir çox Dövlət əhəmiyyətli tədbirlərin rejissoru olmuşdur.

2005-ci ildə H. Quliyev Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

2019-cu ildə Ü. Hacıbəyli mükafatına layiq görülmüşdür.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

Filmoqrafiya

  • Qız qalası (film, 2000)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hafiz Quliyev haqqında məlumat. Hafiz Quliyev nədir? Hafiz Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinti-pop

  • Fevral 27, 2026

    Cəfər Kavian

  • Mart 01, 2026

    Laləzar (Şamaxı)

  • Fevral 27, 2026

    Dnepr FK

  • Fevral 27, 2026

    Ampir

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst