Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Fed

Dilma Rusef

  • Ana Səhifə
  • Vikipediya
  • Dilma Rusef

Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür.

Dilma Russeff
port. Dilma Vana Rousseff
Braziliyanın 36 prezidenti
1 yanvar 2011 – 31 avqust 2016-cı il
Vitse-prezidentMişel Temer
ƏvvəlkiLuiz Inácio Lula da Silva
SonrakıMişel Temer
Braziliya prezidenti administrasiyasının rəhbəri
21 iyun 2005 – 31 mart 2010
ƏvvəlkiJoze Dirseu
SonrakıErenisi Gerra
Braziliya energetika naziri
1 yanvar 2003 – 21 iyun 2005
ƏvvəlkiFransisku Luis Sibut Qomidi
SonrakıSilas Rondu
Şəxsi məlumatlar
Doğum adı Dilma Vana Rousseff
Doğum tarixi 14 dekabr 1947(1947-12-14)[…] (78 yaş)
Doğum yeri
  • Belu-Orizonti, Minas-Jerays, Braziliya
Partiya İşçilər Partiyası
Təhsili Riu-Qrandi-du-Sul federal universiteti
İxtisası İqtisadçı
Fəaliyyəti iqtisadçı
Atası Pedro Rusef
Həyat yoldaşı boşanıb
Uşağı Paula Rusef
Dini Roma-Katolik kilsəsi və katolisizm

Təltifləri Grand Cross of the Order of the Southern Cross "Stara Planina" ordeni "Katolik İzabella" ordeninin boyunbağısı — 2012 "Peru günəşi" ordeninin boyunbağılı böyük xaçı — 2013 "Mədəniyyət xidmətlərinə görə" ordeni Order of Military Merit Riu Branku ordeni Hərbi Dəniz xidmətlərinin ordeni Order of Aeronautical Merit "Astek qartalı" ordeni
"Dostluq" ordeni — 2024
İmzanın şəkli
Presidência da República  (por.)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Valdeyinləri

Valideynləri, qardaşı və bacısı ilə birgə

Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia.

İnqilabi fəaliyyəti

Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi. Bir neçə il Dilma gizli silahlı təşkilatların tərkibində olmuşdu, lakin döyüş əməliyyatlarında bilavasitə iştirak etmirdi.

Həbsi

1970-ci ildə Dilma Rousseff həbs altına salınmışdır, həbsxanada onu döyürdülər və işgəncə verirdilər. Onun o vaxt ki rəfiqələrindən biri şair və rəssam Ladeyra Neuza bu dövrü belə ifadə etmişdir: "Həbsxanadan sonra böyük bir boşluq yarandı. Bizim xəyallımız yox oldu, praqmatizm yarandı. Hər kəs öz yolu ilə getməyə başladı".

Dilma Rousseff 1972-ci ilin sonunda arıqlamış və xəstə halında azadlığa buraxıldı. O, özünü bərpa etdikdən sonra Braziliyanın cənubunda Rio Grande do Sul ştatında təhsilini yenidən başlamışdı. Onun ikinci əri Karlos Araujo gizli inqilabi bir üzvü olaraq , bu ştatın həbsxanasında cəzasını çəkirdi. Karlos Araujo 1973-cü ildə azadlığına yenidən qovuşdu və 1976-cı ildə onların qızı anadan oldu. Daha bir il sonra Rousseff iqtisadiyyat ixtisası üzrə bakalavr diplomu ilə universiteti bitirdi. Dilma ilk işini partizan keçmişinə görə itirdi və təhsilini davam etdirmək qərarına gəldi. Sonralar öz xülasəsində o, iddia edirdi ki, magistr diplomunu alıb, amma Brazilyanın "Piaui" jurnalı bu yalanın üstünü 2009-cu ildə açdı. Dilma Roussef, detalları dəqiqləşdirməkdən.imtina edərək, sənəddə "səhv" olduğunu etiraf etmişdi. O, sol təşkilatlar ilə əlaqələri bərpa etdi, ancaq bu dəfə Demokrat Fəhlə Partiyasının müşaviri təyin olunaraq, leqal fəaliyyət göstərməyə başladı.

Karyerasının başlanğıcı

1972-ci ilin sonunda o, azadlığa çıxdı və öz yoldaşı ilə birlikdə öz həyatını bərpa etməyə başladı. Sonradan Rio Grande do Sul ştatında Federal universiteti bitirib, müxalif siyasi təşkilatlarda leqal fəaliyyəti ilə məşğul olmağa başladı, həmçinin Demokratik Fəhlə Partiyasının yaradılmasında iştirak etdi.

1980-ci illərin sonunda Porto Alegre şəhərinin meriyasında xəzinədar işləyirdi.

1990-cı illərdə qeyri-dövlət sektoru olan, iqtisadiyyatın və statistika Fonduna rəhbərlik edirdi və Rio Grande do Sul ştatının energetika nazirliyində işləyirdi.

Siyasi karyera

Luis İnasiu Lula Da Silva və Dilma Rousseff, 2009 il
Dilma Rousseff və Barak Obama, 2012 il

Dilma Demokratik Fəhlə Partiyasının uzun müddət üzvü idi, 1990-cı illərin sonunda isə daha radikal olan İşçilər Partiyasına keçdi. Fernando Enrike Kardozonun prezidentlik müddətinin sonunda yaranan Braziliyanın cənubunda elektrik enerjisinin verilişində ki böhran, enerji məsələlərinin mövzusunun aktual olmasına səbəb oldu, və Luis İnasiu Lula Da Silva öz seçkiqabağı kampaniyasında Dilmanın təcrübəsindən istifadə etdi. 2003-cü ilin yanvar ayında Da Silva prezident seçiləndən sonra, Rousseff energetika naziri təyin edildi. 2005-ci il iyunun 21-də Braziliya prezidentinin Administrasiyasının başçısı vəzifəsinə gətirildi. 2010-cu ildə isə 3 oktyabr 2010 ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdü. Luis İnasiu Lula Da Silva Dilmanın namizədliyini tam dəstəkləyirdi. Seçkiqabağı kampaniyada Dilma aqrar və siyasi islahatların keçirilməsi uğrunda çıxış edirdi, özünü irqi kvotasının, dini etiqad azadlığının, homoseksual mülki ittifaqlarının tərəfdarı kimi göstərirdi, yüngül narkotiklərin leqallaşdırılmasına və ölüm cəzasına qarşı çıxış edirdi.

2010-cu il oktyabrın 3-də keçirilən prezident seçkilərinin ilk turunda Dilma 47,5 milyondan çox səs (46,9%) topladı və ikinci tura (oktyabrın 31-də) çıxdı ki, burada mərkəz-sağ sosial-demokrat partiyasının namizədi Joze Serra ilə qarşılaşdı. Rusef kinci turda səslərin 56 faizini toplayaraq, Braziliyanın yeni prezidenti oldu və ölkədə bu postu alan ilk qadın kimi tarixə düşdü.

Dilma 2014-cü il oktyabrın 5-də prezident seçkilərinin ilk turunda 41,6% səs topladı. 26 oktyabrda baş tutan ikinci turda onun rəqibi sosial-demokrat partiyasının namizədi Aesio Neves idi, səslərin 51,6% -ni toplayan xanım Rousseff qalib gəldi və ikinci müddətə prezident qaldı.

2 dekabr 2015 ildə parlamentin aşağı palatasının başçısı Eduardu Kunya ölkə prezidentinə qarşı impiçment prosedurunun (prezidentə etibarsızlıq, inamsızlıq) başlanmasını bildirdi. Braziliyanın Ali seçki məhkəməsi prezident Dilma Rousseff və vitse-prezident Mişel Temerə qarşı seçkiöncəsi kampaniyada "Petrobras" neft nəhənginin vəsaitlərini dələduzluqla əldə etdiyinə görə günahlandırırdı. Bu ölkədə etiraz aksiyalarının baş verməsinə səbəb oldu, ancaq həmçinin prezidentə dəstək aksiyalarıda 40-dan çox şəhərdə keçirilmişdi.

ABŞ xüsusi xidmət orqanlarının gizli dinləmələri

Dilma Rousseffin ABŞ-yə llk rəsmi səfər üçün hazırlaşdığı zamanı, Wikileaks prezidentin, keçmiş maliyyə nazirləri Nelson Barbosa, keçmiş xarici işlər naziri Luis Alberto Fiqeyredo kimi yüksək vəzifəli məmurların ABŞ-nin Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinlənilməsi barədə məxfi məlumatlar açıqlamışdı

MTN Braziliya icra hakimiyyəti başçısının monitorinqi üçün ən azı 10 telefon nömrəsi seçib, hansılarki birbaşa Dilma ilə.əlaqəlidilər. Onlar əsasən otaqlara çəkilən stasionar telefonlar, "Dilmanın rabitəsi" nişanlı mobil telefonlar və Prezident Sarayında telefon xətti vasitəsi ilə dinləyirdilər.

Şəxsi həyat

2009-cu ildə Dilma limfa düyünlərin xərçənginə erkən çağlarında qalib gəldi. O, kimyəvi üsulla müalicə aldığı üçün bir neçə ay parik daşımalı olmuşdu.

İki dəfə ərdə olub, azırkı vəziyyətdə ailəli deyil. Onun ikinci nikahdan bir qızı olub və 2010-cu ilin sentyabr ayında bir nəvəsi dünyaya gəldi.

İngilis, fransız və ispan dillərində sərbəst danışır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dilma Rusef haqqında məlumat. Dilma Rusef nədir? Dilma Rusef nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    248 (ədəd)

  • Fevral 27, 2026

    Yayoy dövrü

  • Fevral 28, 2026

    Qidalanma

  • Fevral 28, 2026

    Əbukir döyüşü

  • Fevral 27, 2026

    Kral Artur

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst