Tərkibbənd (ərəbcə: tərkib və farsca: bənd) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması.
Şəkil baxımından dəyişən lirik şeir janrlarındandır. Məhəbbət, gözəllik, ictimai siyasi mövzularda yaradılan tərkibənd qafiyə sisteminə görə müxtəlif bəndlərdən ibarət olub hər bəndində 6-12-14-dək, bəzən də daha çox misra olur.
Tərkibbənd mövzu və vəzn etibarilə bir olub, müxtəlif qafiyə sisteminə malik klassik şeir formalarından biridir. Füzulinin "Mənəm ki qafiləsalarikarivani - qəməm" tərkibbəndi məşhurdur.
Ruhi Bağdadinin 17 bəndlik tərkibbəndi ona şöhrət qazandırıb. Bu tərkibbənd həcv olub, sosial məzmundadır.
Azər Bəydili də bu üslubdan istifadə etmişdir.
Ədəbiyyat
- Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tərkibbənd haqqında məlumat. Tərkibbənd nədir? Tərkibbənd nə deməkdir?