Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xulian Palasios Qutyerres (isp. Julián Palacios Gutiérrez; 22 avqust 1880, Madrid – 1947, Madrid) — "Yeni Futbol Cəmiyyəti"nin (1901-ci ildən etibarən "Madrid F

Xulian Palasios

  • Ana Səhifə
  • Vikipediya
  • Xulian Palasios

Xulian Palasios Qutyerres (isp. Julián Palacios Gutiérrez; 22 avqust 1880, Madrid – 1947, Madrid) — "Yeni Futbol Cəmiyyəti"nin (1901-ci ildən etibarən "Madrid Futbol Klubu" adlanır) yaradıcılarından biri və ilk prezidenti. Xulian Palasios tarixə "Real Madrid"i quran şəxslərdən biri kimi düşüb. O, klubun rəsmi qeydiyyata alınana qədər (1900-cü ildən 6 mart 1902-ci ilə qədər) ilk rəsmi prezidenti hesab olunur. İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza .isp) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Moncloa bölgəsində keçirən yeganə klub idi. 1900-cü ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar. Bu şəxslərin arasında Xulian Palasios da var idi. O, 6 mart 1902-ci ilə kimi klubun preizdenti vəzifəsində çalışdı. 6 mart 1902-ci ildə yeni İdarə Heyəti seçildi. Xulian Palasios öz davamçısı kimi Xuan Padrosun namizədliyini irəli sürdü. Xuan Padros "Madrid Futbol Klubu"nun ikinci preizdenti seçildi və klub yeni adla rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başladı. "Madrid Futbol Klubu" 1900-cü ildə təsis edilməsinə baxmayaraq rəsmi qeydiyyatdan 1902-ci ildə keçib. Belə ki, klubu yaradanlar ilk vaxtlar buna ehtiyac olmadığını düşünürdülər ona görə də klubun adını reyestrə salmağa tələsmirdilər. Amma İspaniyada futbolun sürətlə inkişaf etməsi və ilk ölkə miqyaslı turnirlərin təşkil edilməsi nəticəsində klubun rəsmi qeydiyyata alınması zərurəti yarandı. Ona görə də klub 6 mart 1902-ci ildə rəsmi qeydiyyatdan keçdi halbuki artıq 2 il idi ki (1900-cü ildən bəri) fəaliyyət göstərirdi.

Xulian Palasios Qutyerres
Julián Palacios Gutiérrez
Doğum tarixi 22 avqust 1880(1880-08-22)
Doğum yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya
Vəfat tarixi 1947(1947) (66–67 yaşında)
Vəfat yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya
Fəaliyyəti iş adamı, mədən mühəndisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xulian Palasios haqqında məlumat. Xulian Palasios nədir? Xulian Palasios nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Mötəsim Qəddafi

  • Fevral 25, 2026

    Alpout (Bərdə)

  • Mart 01, 2026

    Endryu Cekson

  • Fevral 27, 2026

    Üfüqi parçalanma

  • Fevral 25, 2026

    Fortran

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst