Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəvədəlləyilər (lat. Mantodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Mantodea

  • Ana Səhifə
  • Vikipediya
  • Mantodea

Dəvədəlləyilər (lat. Mantodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Dəvədəlləyilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Koqorta:
Polineopteralar
Dəstəüstü:
Dictyoptera
Dəstə:
Dəvədəlləyilər
Beynəlxalq elmi adı
  • Mantodea Burmeist., 1838
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  914220
NCBI  7504
EOL  416
FW  

Mündəricat

Ümumi məlumat

Dəvədəlləyilər əsasən iriölçülü həşəratlardır və 11sm-ə qədər böyüyə bilirlər. Bədəni uzunsov və özünəməxsus quruluşa malikdir. Baş hissə sərbəstdir, çox hərəkətlidir, demək olar ki, üçbucaq şəkilli qabarıq iri gözləri 3 gözcüyü vardır. Yeganə həşəratdırlar ki, çevrilərək kürəklərinə baxmağı bacarırlar. Bığcıqları çox buğumludur, adətən sapşəkilli, bəzi növlərdə isə lələkşəkilli və daraqşəkillidir. Ağız orqanları gəmirici tipdədir. Ön döş daha güclü inkişaf etmişdir və onlar üçün xarakterik olan tutucu ətraflara malikdir. Budla baldır qatlanaraq, möhkəm tutucu orqan əmələ gətirir. Orta və arxa ayaqlar yüyürücüdür. Pəncəsi nazik olub beş buğumludur. Əksəriyyətində hər iki cüt qanad yaxşı inkişaf etmişdir. Bununla belə, ön qanadlar ensiz və daha möhkəm olub, qanadüstlüyü vəzifəsini görür. Arxa qanadlar nisbətən enlidir. Qanadları qısalmış və qanadsız formaları da vardır. Qarın hissəsi uzunsovdur, serqiyə malikdir, erkəklərdə isə qrifel vardır. Yırtıcı həyat tərzi keçirirlər, öz ovlarını diş-diş olan budla baldırın qatlanması nəticəsində tuturlar. İstisevəndirlər, gündüzlər fəaliyyətdə olurlar. Əsasən müxtəlif həşəratlarla qidalanırlar. Elə iri tropik növləri vardır ki, onlar hətta kiçik quşlara, qurbağa, kərtənkələyə və gəmiricilərə də hücum edir. Dəvədəlləyilərin bədən örtüyünü təşkil edən rəng, adətən mühafizə xarakteri daşıyır. Onlarda əsasən yaşıl, sarı və qonur rəng üstünlük təşkil edir.

Çox yaxşı gizlənmə qabiliyyəti var. Nəinki yarpaqların üzərində gizlənir,hətta yarpaq kimi də özünü qələmə verməyi bacarır.

Dəvədəlləyilərin təsərrüfatda rolu:

Dəvədəlləyilərdən təsərrüfat da istifadə olunur. Onlardan müxtəlif ziyanvericilərə qarşı bioloji silah kimi istifadə edilir. Bir çox sahibkarlar bu həşəratları öz ərazilərində yerləşdirirlər. Dəvədəlləyilərdən eynizamanda evlərdə milçəklərə qarşı da istifadə olunur. Halhazırda bu həşəratlar ən çox saxlanılan ev həşəratlarından biridir.

Əlavə məlumatlar

Növ sayı 2853-ə qədərdir(2008-ci il araşdırmasına görə). Çoxalma zamanı erkək fərdi yeyirlər. Bu zaman erkəyin baş hissəsindən başlayırlar(bütün qurbanlarını belə yeyirlər). Bunun səbəbi fərdin baş hissəsinda olan zülaldır. Dişi fərd 10-dan 400-ə qədər yumurta qoyur. Yumurtaları ootekaya yığır. Dəvədəlləyi ilk öncə soxulcana bənzər forma alır. Ootekadan çıxdıqdan sonra isə xarakterik dəvədəlləyi formasını alır.Ümumiyyətlə dəvədəlləyilər kaniballıqları ilə seçilirlər, çünki müəyyən hallarda öz nəsillərindən nümayəndələri də yeyə bilərlər.

● 1987-ci ildə Liske və Devisanın çin dəvədəlləyi üzərində araşdırmaları göstərdi ki,erkək fərd dişisinin ona qurban kimi baxmaq marağını dəyişmək üçün özünəməxsus rəqs göstərir. Bu davranış digər dəvədəlləyi növlərində də rast gəlinir.

Qorunması

Dəvədəlləyilər üçün təhlükə onların biotoplarının yox olmasıdır. Lakin bütün dəvədəlləyilər içərisində yalnız bir növ- Apteromantis aptena(İspaniya da rast gəlinir) qorunması vacib hesab olunur.

Təsnifatı

  • Acanthopidae Burmeister, 1838
  • Amorphoscelidae Stål, 1877
  • Baissomantidae Gratshev and Zherikhin 1993 †
  • Chaeteessidae Handlirsch, 1920
  • Cretomantidae Gratshev and Zherikhin 1993 †
  • Empusidae Burmeister, 1838
  • Eremiaphilidae Wood-Mason, 1889
  • Hymenopodidae Giglio-Tos, 1927
  • Iridopterygidae Giglio-Tos, 1919
  • Liturgusidae Giglio-Tos, 1919
  • Mantidae Burmeister, 1838
  • Mantoididae Giglio-Tos, 1927
  • Metallyticidae Chopard, 1949
  • Santanmantidae Grimaldi, 2003
  • Sibyllidae Giglio-Tos, 1919
  • Tarachodidae Handlirsch, 1930
  • Thespidae Giglio-Tos, 1919
  • Toxoderidae Giglio-Tos, 1919

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mantodea haqqında məlumat. Mantodea nədir? Mantodea nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Sıxlıq

  • Fevral 27, 2026

    Ənənəvi animasiya

  • Fevral 27, 2026

    Hierapolis

  • Mart 01, 2026

    Dağnanəsi

  • Fevral 27, 2026

    Muxtar Əfəndizadə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst