Duxovnaya Lyudmila Semyonovna (23 oktyabr 1944, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991).
| Lyudmila Duxovnaya | |
|---|---|
| Duxovnaya Lyudmila Semyonovna | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | aktrisa |
| Fəaliyyət illəri | 1964-cü ildən |
| Mükafatları | |
Həyatı
Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir.
Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir.
1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- O qızı tapın (film, 1970)
- Qızıl qaz (film, 1972)
- Boş yer (film, 1989)
- Ləqəbi "İKA"dır
- Nigarançılıq (film, 1998)
- Bir anın həqiqəti (film, 2003)
- Vəkil hanı? (film, 2011)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lyudmila Duxovnaya haqqında məlumat. Lyudmila Duxovnaya nədir? Lyudmila Duxovnaya nə deməkdir?
