Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlizadə Əkbər Müzəffər oğlu (23 may 1977, Bakı) — Azərbaycan aktyoru, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti.

Əkbər Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əkbər Əlizadə

Əlizadə Əkbər Müzəffər oğlu (23 may 1977, Bakı) — Azərbaycan aktyoru, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti.

Əkbər Əlizadə
Doğum tarixi 23 may 1977(1977-05-23) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20092009

Həyatı

Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino fakültəsini aktyor ixtisası üzrə, 2000-ci lidə həmin universitetin magistratura şöbəsini teatrşünaslıq ixtisası üzrə bitirmişdir. 2000–2001-ci illərdə hərbi xidmət keçmişdir.

1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İlk dəfə 1987-ci ildə 10 yaşında Azərbaycan televiziyasının "Qırmızı qərənfil" mahnı və rəqs ansamblında çıxış etmişdir. 7 il həmin ansamblda müğənni kimi fəaliyyət göstərmişdir. Sonralar həmin televiziyanın keçirdiyi "Sübh şəfəqləri" musiqi müsabiqəsində birinci yerə layiq görülmüşdür.

Teatrda işlədiyi müddət ərzində R. Mustafayev və C. Məmmədovun "Məsmə xala dayımdır" əsərində Elgün, İ. Kalmanın "Tsıqan premyer" əsərində Muştard, F. Leqarın "Vesyolaya vdova" əsərində Sen De ş, Q. Qarayevin "Neistovıy Qaskonets"ində Qasqoniyalı, Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda İntiliget Həsən, "Ər və arvad"ında Səfi, "Arşın mal alan"ında Süleyman, R. N. Güntəkinin "Bir günlük siğə"sində Xəlil, T. Vəliyevanın "Bankir adaxlı"sında Balakişi, "Mən dəyərəm min cavana"sında Rza, Anarın "Aldın payını, çağır dayını"sında Tərgəldi, A. Babayevin "Əlin cibində olsun"unda Xankişi, R. Əkbərin "Bəydullanın möhtəşəm toyu"nda tamada, Ə. Əmirlinin "İtkin ər"ində Zəkə, M. Haqverdiyevin "Qısqanc ürəklər"ində Əjdər, "Amerikali kürəkən"ində Cəlil, M. F. Axundzadənin "Kimyagər"ində Molla Həmid, R. Heydərin "Qızıl toy"unda Qədir obrazlarını yaratmışdır. 1997-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında S. Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynamışdır.

1994–2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalışmışdır.

1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcılarından biridir. 2000–2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində işləmişdir.

2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006–2007-ci illərdə "Azəristar" müsabiqəsinin aparıcısı olmuşdur.

2006-2013-cü illərdə Planet Parni İz Baku KVN Teatrının aktyoru olmuşdur."Axtaran Tapar" konsertindən "Hər Gün Sirk" konsertinə qədərki konsertlərdə aktyor olmuşdur.

2008-ci ildə Xəzər telekanalında "Gülüş ulduzu" müsabiqəsinin və "komediya səhnəsi" verilişinin aparıcısı olmuşdur.

2008-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını almışdır.

2009-cu ildə Space TV-də "Kim nə bacarır" layihəsində münsif və aparıcı, 2011-ci il yanvar ayından 2013-cü ilin iyuluna kimi isə "Hər səhər" proqramının aparıcısı olmuşdur. Eyni zamanda "Xəzər" televiziyasının istehsal etdiyi "Qaynana" teleserialında çəkilmişdir.

ATV-də yayımlanan Qorxma mən səninləyəm proqramının aparıcısıdır.

Evlidir. 3 övladı var.

Filmoqrafiya

  1. Mənim ömür nəğmələrim (film, 2003)
  2. Yumurta (film, 2003)
  3. Mükafat (film, 2004)
  4. Kişiləri qoruyun (film, 2006)
  5. Komediya səhnəsi (veriliş, 2009)
  6. Qayınana (film, 2011)
  7. Vəkil hanı? (film, 2011)
  8. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Qənimət)
  9. Qız atası (teleserial, 2014)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əkbər Əlizadə haqqında məlumat. Əkbər Əlizadə nədir? Əkbər Əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    28 fevral

  • Fevral 27, 2026

    Tor: Raqnarök (film, 2017)

  • Fevral 27, 2026

    Əczaçıbaşı QVK

  • Fevral 27, 2026

    Bonaparte

  • Fevral 27, 2026

    Klassik musiqi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst