Fumihiko Maki (yap. 槇 文彦; 6 sentyabr 1928, Tokio[d] – 6 iyun 2024[…], Tokio) — yapon memarı.
| Fumihiko Maki | |
|---|---|
| yap. 槇 文彦 | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 sentyabr 1928 |
| Doğum yeri | Tokio, Yaponiya |
| Vəfat tarixi | 6 iyun 2024[…] (95 yaşında) |
| Vəfat yeri | |
| Vətəndaşlığı | Yaponiya |
| Təhsili |
|
| İşləri və nailiyyətləri | |
| İşlədiyi şəhərlər | Tokio |
| Əsas tikililəri | Tokio Metropolitan Gimnaziyası |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
Fumihiko Maki Tokio Universitetində təhsil aldıqdan sonra ABŞ-nin Miçiqan ştatındakı Blumfild Hills şəhərindəki Kranbruk İncəsənət Akademiyasında işləməyə davam etdi. Oradan da Horvard Universitetinə keçdi. 1956-cı ildə Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Memarlıq fakültəsində köməkçi kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə işlədiyi universitetin Danfort Korpusunda Steynberq Zalını düzəltdi. Bu onun ABŞ-də ilk işi idi. 2006-cı ildə isə Vaşinqton Universitetində yerləşən Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalının layihələrini hazırladı
Bir müddət SOM və Kembricdə yerləşən Sert Jackso firmalarında işlədi. 1960-cı ildə Yaponiyaya geri döndü. Şəxsi memarlıq ofisini açan Maki həm də Keyo Universitetində dərs verirdi.
1993-cü ildə Pritsker mükafatını qazanmışdır.
Tanınmış işləri
- 1960: Steynberq Zalı, Vaşinqton Universiteti, Sent-Luis, ABŞ
- 1969: Hillsayd Terrası, Tokio, Yaponiya
- 1971: Beynəlxalq Məryəm Məktəbi, Tokio, Yaponiya
- 1972: Osaka İdman Mərkəzi, Takaişi, Osaka, Yaponiya
- 1985: Spiral Evi, Tokio, Yaponiya
- 1989: Makuhari Messe, Çiba, Yaponiya
- 1990: Keyo Universitetinin Fucisava Korpusu, Kanaqava, Yaponiya
- 1991: Tokio Metropolitan Gimnaziyası, Tokio, Yaponiya
- 1993: Yerba Buena İncəsənət Mərkəzi, San Francisko, ABŞ
- 2000–2006: Ensemble Global Keçidi, Düsseldorf
- 2001: Solitaire Ofis Binası, Düsseldorf
- 2003: TV Asahi, Tokio, Yaponiya
- 2005: Yapon Dili Universiteti Tokio, Yaponiya
- 2006: "Republic Polytechnic", Sinqapur
- 2006: Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalı, Vaşinqton Universiteti, Sent-Luis, Sent-Luis, ABŞ
- 2009: 3 No’li Bina, Novartis Korpusu, Bazel, İsveçrə
- 2009: Annenberq Mərkəzi, Pennsilvaniya Universiteti, Filadelfiya, ABŞ
Qalereya
Spiral Evi
Tsuda Zalı
Tokio Metropolitan Gimnaziyası
Yapon Dili Universiteti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fumihiko Maki haqqında məlumat. Fumihiko Maki nədir? Fumihiko Maki nə deməkdir?