Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Abdillah Məhəmməd ibn Əhməd ibn Əbi Bəkr ibn Fəhr əl-Qurtubi (ərəb. القرطبي‎; 1214 – 29 aprel 1273, Əl-Minya) — müfəssir, mühəddis və fəqih. Maliki məzhəbin

Qurtubi

  • Ana Səhifə
  • Vikipediya
  • Qurtubi

Əbu Abdillah Məhəmməd ibn Əhməd ibn Əbi Bəkr ibn Fəhr əl-Qurtubi (ərəb. القرطبي‎; 1214 – 29 aprel 1273, Əl-Minya) — müfəssir, mühəddis və fəqih. Maliki məzhəbinə mənsub olan Qurtubi, "əl-Cəmi li-əhkamil-Quran" adlı əsəri ilə tanınır.

Qurtubi
ərəb. القرطبي‎
Doğum tarixi XII əsrin sonları yaxud XIII əsrin əvvəlləri
Doğum yeri Kordova
Vəfat tarixi 29 aprel 1279
Vəfat yeri Minyətü Bəni Həsib, Misir
Elm sahələri təfsir, hədis, fiqh

Mündəricat

Bioqrafiyası

Qurtubi indiki Kordovada dünyaya gəlmişdir. Doğum tarixinin XII əsrin sonları yaxud XIII əsrin əvvəlləri olduğu güman edilir. Qurtubinin atası Əhməd əkinçiliklə məşğul olurdu. Xristian ispanların 16 iyul 1230-cu ildəkı hücumu nəticəsində Əhməd həlak olur. Bundan sonra ailənin yükü Qurtubinin çiyinləri üzərinə düşür. Ailəsini dolandırmaq üçün Qurtubi, duluçular üçün torpaq daşımağa başlayır. İlk təhsilini də Kordovada alan Qurtubi, burada İbn Əbu Huccə kimi tanınan Əbu Cəfər Əhməd ibn Məhəmməd əl-Qeysi, Rəbi ibn Əbdürrəhman ibn Əhməd əl-Əşəri, Əbül-Həsən Əli ibn Qutral əl-Ənsari kimi alimlərə tələbəlik edir. Kordova 1236-cı ildə Kastilya-Leon kralı III Fernando tərəfindən işğal edildikdən sonra Qurtubi İskəndəriyyəyə köçür. O burada Əhməd ibn Ömər əl-Qurtubidən "əl-Müfhim fi şərhi-Səhihi-Müslim" adlı əsərinin bir qismini dinləyir. Bundan başqa Əbu Məhəmməd Əbdülvəhhab ibn Rəvac, Əbu Məhəmməd Əbdülmuti əl-Ləhmidən bəhrələnir. Şəhabəddin əl-Qarafi ilə Fəyyuma səfər edir. 1249-cu ildə Mənsurəyə gedərək, burada Əbu Əli Həsən ibn Məhəmməd əl-Bəkridən dərslər alır. Qahirədə bir müddət qalan Qurtubi, Səid adlanan ərazidəki Minyətü Bəni Həsib məntəqəsində məskunlaşır və ömrünün sonuna kimi burada yaşayır. 29 aprel 1273-cü ildə Minyətü Bəni Həsibdə vəfat edir və orada da dəfn olunur. Qəbri sonradan adına inşa olunmuş məscid-türbəyə (1971) nəql edilmişdir.

Tələbələri

Elmindən bəhrələnmiş şəxslərdən aşağıdakıların adlarını çəkmək olar:

  • Şəhabəddin Əhməd (oğlu),
  • İbni-Zübeyr,
  • İsmayıl ibn Məhəmməd ibn Əbdülkərim,
  • Əbu Bəkr Məhəmməd ibn Əhməd ibn Əli əl-Meymuni,
  • Ziyəddin Əhməd ibn Əbu Suud əs-Sətrici.

Əsərləri

Təfsir, hədis, qiraət və fiqh kimi sahələrdə çox mükəmməl təhsil aldığını əsərləri ilə nümayiş etdirən Qurtubini Zəhəbi "elm dəryası" adlandırmışdır. Qurtubi əsərlərində Əhlis-Sünnəni müdafiə etmiş, İmamiyyə, Rafiziyyə, Kərrəmiyyə kimi məzhəbləri və xüsusilə Mötəziləni tənqid etmişdir. Maliki olmasına baxmayaraq, məzhəb təəssübkeşliyinə qarşı çıxmış, təqlidi metod olaraq qəbul etmədiyini bildirmişdir. O, Quran və Sünnə ilə gedən sufilərə qarşı çıxmasa da, fikirləri cəhalət və mövhumata əsaslanan sufilərə qarşı mənfi münasibətini açıq şəkildə dilə gətirmişdir. Həmçinin o, tərəddüd etmədən dövlət adamlarını tənqid etmiş, dövrünün dövlət məmurlarının rüşvət aldığını bəyan edərək, onların qanunsuz hərəkətlər etdiklərini, mənfəət müqabilində hökm verdiklərini və Allahın dinini dəyişdirdiklərini bəyan etmişdir. Onun qələmə aldığı əsərlər bunlardır:

  • əl-Cəmi li-əhkamil-Quran.
  • əl-Əsna fi şərhi əsma illahil-hüsnə.
  • əl-İləm bimə fi dinin-nasara minəl-fəsad vəl-əvham və izhari məhasini dinil-İslam və isbati nübüvvəti nəbiyyinə Məhəmməd əleyhis-səlatü vəs-səlam.
  • əl-İləm fi mərifəti məvlidil-Mustafa əleyhis-səlatü vəs-səlam (əl-İləm bi-məvlidin-nəbiyyi əleyhis-səlam).
  • Urcuzə fi əsmain-nəbiyyi səllallahu təalə əleyhi və səlləm.
  • ət-Təzkirə fi əhvalil-məvtə vəl-axira.
  • Qamul-hirs biz-zühdi vəl-kəna və rəddü züllis-suali bil-kəsb vəs-sinəə.
  • ət-Təzkar fi əfdalil-əzkar.
  • Qasidə fistilahil-hədis.
  • əl-Misbəh fil-cəm beynəl-Əfəl vəs-Sihəh (yaxud Muxtəsərüs-Sihəh).
  • ət-Təkrib li-Kitabit-Təmhid.
  • Şərhut-Təkassi.
  • Risalə fi əlkəbil-hədis.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurtubi haqqında məlumat. Qurtubi nədir? Qurtubi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nevrologiya

  • Fevral 27, 2026

    Ədalət (qəzet)

  • Fevral 27, 2026

    Hyacinthus litwinowii

  • Fevral 27, 2026

    Qida borusu

  • Fevral 27, 2026

    Pavel Durov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst