Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akademik jurnal və ya elmi jurnal — müəyyən bir akademik fənn üzrə elmi tədqiqatların dərc olunduğu dövri nəşrdir. Akademik jurnallar tədqiqatların təqdim olunm

Akademik jurnal

  • Ana Səhifə
  • Vikipediya
  • Akademik jurnal

Akademik jurnal və ya elmi jurnal — müəyyən bir akademik fənn üzrə elmi tədqiqatların dərc olunduğu dövri nəşrdir. Akademik jurnallar tədqiqatların təqdim olunması, nəzərdən keçirilməsi və müzakirəsi üçün daimi və şəffaf forum kimi xidmət edirlər. Onlar adətən hakimlik (akademik rəy) əsasında fəaliyyət göstərirlər. Hakimlik prosesi, nəşr üçün göndərilən məqalələrin əvvəlcə mövzu üzrə mütəxəssislərə göndərilməsi və onların rəyləri əsasında redaktor və ya redaksiya heyəti tərəfindən dərc olunub-olunmamasına dair qərar verilməsi prinsipinə əsaslanır. Məzmun adətən orijinal tədqiqat məqalələri, icmal məqalələri və kitab icmallarından ibarət olur.

Müxtəlif ekspert rəyi əsasında dərc olunan tədqiqat jurnalları

Philosophical Transactions of the Royal Society jurnalının ilk redaktoru olmuş Henri Oldenburqa görə, akademik jurnalın məqsədi tədqiqatçılara "bilikləri bir-birlərinə ötürmək, təbii biliyi inkişaf etdirmək və bütün Fəlsəfə Sənətlərini və Elmləri kamilləşdirmək üçün əllərindən gələni etmək" imkanı verməkdir.

"Akademik jurnal" termini bütün sahələrdəki elmi jurnallara şamil olunur; bu məqalə bütün akademik sahələrin jurnallarında ümumi olan məsələləri müzakirə edir. Təbii və dəqiq elmlərin jurnalları ilə kəmiyyətə əsaslanan ictimai elmlərin jurnalları forma və funksiyaya görə humanitar elmlər və keyfiyyətə əsaslanan ictimai elmlərin jurnallarından fərqlənir; xüsusi tərəfləri isə ayrıca müzakirə olunur.

İlk akademik jurnal Journal des sçavans (yanvar 1665) hesab olunur, ondan sonra isə Philosophical Transactions of the Royal Society jurnalı (mart 1665) və Mémoires de l'Académie des Sciences (1666) nəşr olunmuşdur. İlk tamamilə rəylərə əsaslanan jurnal isə Medical Essays and Observations (1733) hesab olunur.

Mündəricat

Akademik məqalələr

Akademiyada iki növ məqalələrin və ya əlyazmaların təqdim edilməsi üsulu mövcuddur: birbaşa əlaqə yolu ilə və ya ümumi müraciət çağırışı vasitəsilə bir müəllifdən iş təqdim etməsinin tələb olunması, yaxud da müəllifin birbaşa dəvət edilmədən potensial nəşr üçün əsər göndərməsi. Məqalə təqdim edildikdən sonra jurnalın redaktorları həmin təqdimatı tamamilə rədd etmək və ya akademik rəy (rəy əsasında qiymətləndirmə) prosesinə başlamaq barədə qərar qəbul edirlər. İkinci halda, məqalə adətən redaktorun seçdiyi alimlər tərəfindən (çox vaxt anonim şəkildə) yoxlanılır.

Bu hakimlərin (rəyçilərin) sayı hər jurnalın redaksiya siyasətinə görə dəyişir. Adətən məqalənin mövzusu üzrə ən azı iki mütəxəssis cəlb olunur, bəzən isə bu say üç və ya daha çox ola bilər. Yoxlama prosesində məzmun, üslub və redaktorların dərc qərarına təsir göstərən digər amillər nəzərə alınır. Bu rəylər ümumiyyətlə gizli saxlanılır, lakin bəzi jurnallar və nəşriyyatlar ictimaiyyətə açıq hakimlik praktikasını da tətbiq edirlər.

Redaktorlar məqaləni rədd etməyi, yenidən işlənməsini və təkrar göndərilməsini tələb etməyi və ya məqaləni dərc olunmaq üçün qəbul etməyi seçə bilərlər. Qəbul edilmiş məqalələr belə, dərcdən əvvəl jurnalın redaksiya heyəti tərəfindən əlavə (bəzi hallarda əhəmiyyətli dərəcədə) redaktələrə məruz qalırlar. Hakimlik prosesi bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.

Əlavə ədəbiyyat siyahısı

  • Bakkalbasi, N; Bauer, K; Glover, J; Wang, L. "Three options for citation tracking: Google Scholar, Scopus and Web of Science". Biomedical Digital Libraries. 3. 2006. doi:10.1186/1742-5581-3-7. PMC 1533854. PMID 16805916.
  • Waller, A.C. Editorial Peer Review Its Strengths and Weaknesses. ASIST monograph series. Information Today. 2001. ISBN 978-1-57387-100-6.
  • Ware, Mark; Mabe, Michael. The STM Report: An overview of scientific and scholarly journal publishing (PDF) (4th). International Association of Scientific, Technical and Medical Publishers. 2015.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akademik jurnal haqqında məlumat. Akademik jurnal nədir? Akademik jurnal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    31 mart

  • Fevral 27, 2026

    Saffat surəsi

  • Fevral 27, 2026

    Hücum helikopteri

  • Fevral 27, 2026

    II İosif

  • Fevral 26, 2026

    Praqmatizm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst