Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Turançılıq, turanizm — bütün türk xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. Bütün türklərin bir dam altında toplanmasının tərəfdarı olan düşünc

Turançılıq

  • Ana Səhifə
  • Vikipediya
  • Turançılıq

Turançılıq, turanizm — bütün türk xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. Bütün türklərin bir dam altında toplanmasının tərəfdarı olan düşüncə sistemi olan turançılıq ilk olaraq finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədilə ortaya atılmışdır. Türkçü və turançı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdirmək məqsədi güdmədiyini bildirmiş, turançılığı türk xalqları ilə məhdudlaşdırmış və onu türkçülük kimi mənada işlətmişdir.

Ziya Gökalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir:

Vətən nə Türkiyədir türklərə, nə Türküstan;
Vətən böyük və əbədi bir ölkədir türklərə: Turan.
“Turan” nəzəriyyəsi altında birləşmiş “Altay” və Ural dilli bölgələri göstərən Avrasiyanın xəritəsi.

Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur.

Əlaqəli məqalələr

• Türkçülük

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Turançılıq haqqında məlumat. Turançılıq nədir? Turançılıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şayəstə Qadınəfəndi

  • Fevral 27, 2026

    Viqo

  • Fevral 27, 2026

    Satira

  • Fevral 25, 2026

    Astara (Azərbaycan)

  • Fevral 27, 2026

    Əfrasiyab

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst