Boris Nikolayeviç Svetlov (rus. Борис Николаевич Светлов; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru.
| Boris Svetlov | |
|---|---|
| rus. Борис Николаевич Светлов | |
| Doğum tarixi | |
| Doğum yeri | Orenburq, Rusiya imperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Milliyyəti | rus |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | rejissor aktyor |
| Təhsili | Lazarev Şərq Dilləri İnstitutu |
| IMDb | ID0841260 |
Həyatı
Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib. Boris Svetlov 1930-cu ildən "Myuzik-Holl"un quruluşlarına rəhbərlik edib.
Filmoqrafiya
- Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rejissor
- Arvad (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film) — rejissor, aktyor
- Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film) — rejissor
- Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film) — rejissor
- Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film) — rejissor
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boris Svetlov haqqında məlumat. Boris Svetlov nədir? Boris Svetlov nə deməkdir?