Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar

Rafael Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Rafael Hüseynov

Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini.

Rafael Hüseynov
Azərbaycan Respublikasının Milli Məclisi II III, IV, V, VI və VII çağırış deputatı
Vəzifədədir
2000-ci ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 12 avqust 1954 (71 yaş)
    Doğum yeri
    • Kürdəmir, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Vətəndaş Həmrəyliyi Partiyası
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti siyasətçi, ssenarist, ədəbiyyatşünas, universitet müəllimi[d]
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • filologiya elmləri doktoru
    Elmi adı
    • akademik

    Təltifləri "Şərəf" ordeni — 20242024"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
    "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005
    rafaelhuseynov.com
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.

    Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir. O, 1995–1998-ci illərdə Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmışdır.

    2024-cü il oktyabrın 8-də Azərbaycan - İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

    2024-cü ilin oktyabrında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.

    Ədəbi fəaliyyəti

    Rafael Hüseynov ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efirdə səslənmişdir.

    "Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur.

    1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir.

    07 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

    Əsərləri

    • Vaxtdan uca. Bakı: İşıq, 1987, 363 səh.
    • 1002-ci gecə. Bakı: İşıq, 1988, 408 səh.
    • Məhsəti necə varsa. Bakı: Yazıçı, 1989, 336 səh.
    • Millətin zərrəsi. Bakı, "Azərbaycan", 2001
    • Məhsəti Gəncəvi-özü, sözü, izi. Bakı, "Nurlan", 2005
    • Əbədi Cavid. Bakı, "Nurlan", 2007
    • Cavidlər. Tehran: Dorsa, 2009.- 288 s.
    • Söz məbədi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı, "Araz", 2009
    • Госпожа Луна – Мехсети Гянджеви. Баку, "Элм", 2010
    • Yurdun adındakı can. Bakı, Elm, 2010
    • Hamısı ulduz. Musiqi tariximizin səhifələri. Bakı, "Elm və Təhsil", 2012
    • Söz heykəli. Bakı, "Elm və Təhsil", 2012
    • İmzamız. Sənət düşüncələri. Bakı, "Elm və Təhsil", 2012
    • Şirvan şairləri. Bakı, "Elm və Təhsil", 2012
    • Söz tək gözəl. Məhsəti haqqında monoqrafiya. Bakı, Şərq-Qərb" nəşriyyatı, 2013
    • Царица державы рубаи. Məhsəti haqqında monoqrafiya. Bakı, Şərq-Qərb" nəşriyyatı, 2013
    • Məhsəti Gəncəvi. Portret-oçerk. (21 dildə kitab — Azərbaycan, Azərbaycan dilində ərəb əlifbası ilə, rus, ingilis, türk, fransız, alman, italyan, ispan, tacik, fars, ərəb, koreya, yapon, indoneziya, norveç, yunan, hind, polyak, çex, ivrit, urdu dillərində). Bakı, "Şərq-Qərb", 2013
    • Sözün meracı (Azərbaycan ədəbiyyatının klassikləri haqqında). Bakı, 2014 "Elm və təhsil" (Rus dilində)

    Tərcümələri

    • Baba Tahir Üryan. Dübeytlər. Bakı: Yazıçı, 1988, 112 səh. (Farscadan)

    Filmoqrafiya

    • Ocaq başı (film, 1990)
    • Qayıdış (film, 1992)
    • Cavid ömrü (film, 2007)
    • Əbədiyyət (veriliş, 2007)
    • Ömrün rəngləri. Xalq rəssamı Oqtay Sadıqzadə (film, 2007)
    • Maestro Niyazi (film, 2007)
    • Rəfibəylilər (film, 2009)
    • İşıqla yazılan tarix (film, 2020)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafael Hüseynov haqqında məlumat. Rafael Hüseynov nədir? Rafael Hüseynov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 25, 2026

      11 dekabr

    • Fevral 27, 2026

      Elif Şafak

    • Fevral 27, 2026

      Dərc

    • Fevral 27, 2026

      Cryptocarya erythroxylon

    • Fevral 27, 2026

      Torium

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst