Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən t

Pazırıq xalısı

  • Ana Səhifə
  • Vikipediya
  • Pazırıq xalısı

Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı.

Xalça
Pazırıq
Xalça haqqında məlumatlar
Tam adı Pazırıq xalçası
Növü Xovlu
Ölkə Azərbaycan
Şəhər Bərdə
Toxunması haqqında məlumatlar
Tarixi e.ə. V əsr
Digər məlumatlar
Sahəsi 4,5 m²
Uzunluğu 6,5 m
Eni 5,34 m
Material Yun
Saxlanıldığı yer
  • Ermitaj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Pazırıq xalısı ikinci sıra naxış düşümündən fraqment

Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır.

E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır.

Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır.

Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.

Xüsusiyyətləri

Pazırıq xalısı iç-içə bir neçə çərçivəyə bölünmüş, birincidə qrifonlar, ikincidə atlılar, üçüncüdə sığırlar (maral), dördüncüdə hun çiçəyi şəklində simvollar verilmişdir. Beşinci çərçivə isə çiçəkli 24 xanaya ayrılmışdır. Buradakı sığırların və orta xana sayının 24 olması məsələsini 24 oğuz boyunun simvolu olduğunu (türk intellekti) türkmən alimi Axmət Bekmıradov qeyd etmişdir. Sonralar E.F. Tekçe və N.G. Qırzıoğlu da eyni fikrə gəlmişlər.

Xalıdakı atların quyruğu əski hun şəkillərindəki kimi düyünlüdür, başlarında yüyən var, yəhərin üzəngisi yoxdur. Çünki həmin xalını toxuyan saqaların törəmələri hunlar dünyada ilk dəfə üzəngini bu xalıdan min il sonra icad etmişdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pazırıq xalısı haqqında məlumat. Pazırıq xalısı nədir? Pazırıq xalısı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Yardımlı

  • Fevral 26, 2026

    Los-Anceles (dairə)

  • Fevral 27, 2026

    Sarı Aşıq

  • Fevral 27, 2026

    Ləkəli suiti

  • Fevral 24, 2026

    Stavropol diyarı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst