Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AE

Fəraməz Maqsudov

  • Ana Səhifə
  • Vikipediya
  • Fəraməz Maqsudov

Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000).

Fəraməz Maqsudov
Azərbaycan Elmlər Akademiyasının prezidenti
7 fevral 1997 – 30 iyul 2000
ƏvvəlkiEldar Salayev
SonrakıMahmud Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1930(1930-03-20)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 iyul 2000(2000-07-30) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti riyaziyyatçı
Elmi fəaliyyəti
Elm sahəsi tətbiqi riyaziyyat, mexanika, riyaziyyat
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı
  • akademik
Təltifləri "Xalqlar dostluğu" ordeni — 1986 "İstiqlal" ordeni — 2000
SSRİ Nazirlər Sovetinin mükafatı — 1983 SSRİ Nazirlər Sovetinin mükafatı — 1990 Azərbaycan SSR əməkdar elm xadimi — 1990

Mündəricat

Həyatı

Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir.

Elmi fəaliyyəti

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur.

F. Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Əsas elmi nailiyyətləri

F. Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, diferensial tənliklər və funksiyalar nəzəriyyəsi sahələrinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur. Azalan potensiallı Şredinger operatorunun müsbət məxsusi ədədlərinin olmaması haqqında yeni meyar vermişdir. Eksponensial azalan kompleks qiymətli potensiallar halında yarımoxda sərhəd şərtinə parametr daxil olduqda Şturm–Liuvill operatorunun tam spektral analizini vermişdir. Birölçülü Dirak sistemi üçün həqiqi əmsallar halında tərs məsələni — səpilmə matrisinə görə operatorun bərpası məsələsini həll etmişdir. Öz-özünə qoşma olmayan operator-funksiyanın rezolventinin kəsilməz spektrdən analitik davam oluna bilməsini göstərmiş, məxsusi ədədlərin, spektral məxsusiyyətlərin və kvazistasionar vəziyyətlərin ətrafında rezolventanın baş hissəsi üçün aşkar düstur tapmışdır.

Bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş tədqiqatlarında özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv üsullar işləyib hazırlamışdır. Neftin yeraltı laylardan sıxışdırılıb çıxarılması prosesini riyazi şəkildə modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər sisteminin həlli üçün üsul təklif etmişdir. Onun təşəbbüsü ilə Elmlər Akademiyasının və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-Texniki Şurası yaradılmışdır.

Elmi Tədqiqatları

F. Maqsudov 300-dən artıq elmi işin və 11 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir.

Təltif və mükafatları

  • 1983-cü və 1990-cı illərdə SSRİ Nazirlər Sovetinin mükafatı,
  • 1986-cı ildə yüksəkixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni,
  • 1990-cı ildə Əlincə Xeyriyyə Cəmiyyətinin sədri,
  • 1994-cü ildə H. Z. Tağıyev adına mükafatın laureatı (medal) Fəraməz Maqsudovun çoxillik və çoxcəhətli fəaliyyətinin qanunauyğun nəticəsinə görə,
  • 1997-ci ildə İslam Akademiyasının həqiqi üzvü seçilmişdir.
  • 2000-ci ildə səmərəli və samballı xidmətlərinə görə dövlətimiz tərəfindən Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
  • 1990-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda mühafizə olunan digər zəngin materiallarla yanaşı görkəmli akademik Fərəməz Maqsudov kolleksiyaları mühafizə edilir. Bu materiallar 20 iyul 2004-cü ildə Görkəmli akademik Fərəməz Qəzənfər oğlu Maqsudovun qızı Tamilla Maqsudova tərəfindən Muzeyə hədiyyə olunmuşdur.
  • 1986-cı ildə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni
    1986-cı ildə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni
  • 1994-cü ildə H.Z.Tağıyev adına mükafatın laureatı (medal) Fəraməz Maqsudovun çoxillik və çoxcəhətli fəaliyyətinin qanunauyğun nəticəsinə görə
    1994-cü ildə H.Z.Tağıyev adına mükafatın laureatı (medal) Fəraməz Maqsudovun çoxillik və çoxcəhətli fəaliyyətinin qanunauyğun nəticəsinə görə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəraməz Maqsudov haqqında məlumat. Fəraməz Maqsudov nədir? Fəraməz Maqsudov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Leninqrad

  • Fevral 27, 2026

    .dd

  • Fevral 27, 2026

    Sint-Estatius

  • Fevral 23, 2026

    Elza Seyidcahan

  • Fevral 27, 2026

    1860-cı illər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst