Bəhram Bağırzadə (tam adı: Bəhram Arif oğlu Bağırzadə; 4 sentyabr 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
| Bəhram Bağırzadə | |
|---|---|
| Bəhram Arif oğlu Bağırzadə | |
| |
| Digər adı | Bəhram Bağırov |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | aktyor |
| Fəaliyyət illəri | 1990-cı ildən |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID2957276 |
| bahram.az | |
Həyatı və fəaliyyəti

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.
O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur.
1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalereya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.
Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülmüşdür. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
- Hər şey yaxşılığa doğru - milis nəfəri
- Yerlə göy arasında (film, 1999)
- Yuxu (film, 2001) - Polis rəisinin oğlu - Akif
- Milli bomba (film, 2004)
- Yoxlama (film, 2006)
- Bir dəfə Qafqazda (film, 2007)
- Halal pullar (film, 2008)
- Adam (film, 2010)
- Vəkil hanı? (film, 2011)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: özü)
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Axırıncı dayanacaq (film, 2014)
- 100 kağız (film, 2015)
- Həyət (film, 2015) (qısametrajlı bədii film)
- Ağanatiq (film, 2017)
- Bəxt üzüyü 2 (film, 2017)
- Məhəllə 3 (film, 2019)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəhram Bağırzadə haqqında məlumat. Bəhram Bağırzadə nədir? Bəhram Bağırzadə nə deməkdir?