Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).

Faiq Ağayev

  • Ana Səhifə
  • Vikipediya
  • Faiq Ağayev

Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).

Faiq Ağayev
Faiq Balağa oğlu Ağayev
Ümumi məlumatlar
Ləqəbləri Cənab Qızıl Şlyager, 100% F.A
Doğum tarixi 29 dekabr 1971 (54 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1988–hal-hazırda
Janr pop musiqi
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20082008 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000 "Humay" mükafatı
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı
Rəsmi veb-saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir..

Yaradıcılığı

Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir.

Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.

1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev — Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev üçgünlük "10 il Sizinlə" solo konsertinə görə "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilir.

2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.

2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir.

2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VİDA" solo konsertləri keçib. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-cu ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan etmişdir.

2015-ci ildə AzTV-də yayımlanan lisenziyalı "Səs Azərbaycan" (The Voice Azerbaijan") teleşousunda ustad münsif olmuşdur.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008
  • "Qızıl Mikrofon" Milli Mükafatı
  • "Grand" Milli Mükafatı
  • "Humay" Milli Mükafatı
  • "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 fevral

Diskoqrafiya

Mahnılar

  • Uşaq kimi (2016)

Albomlar

  • Ola bilməz (1995)
  • Səni əvəz eləmir (1996)
  • Vəfasızım (1998)
  • Minilliyin sonu (2000)
  • Tam məxfi / Совершенно секретно (2004)

Kliplər

Tarix Ad
1996 Səni Əvəz Eləmir
Sənə Də Qalmaz
1998 Sən Elə Bilirdin
Həsrətimsən
Yuxu Görmək İstəyirəm
1999 Dəşti
2000 Aldatdı Məni
Kor Ərəbin Mahnısı
2002 Sən Gəlməz Oldun
2003 Azərbaycan
Dahi
2003 İlhama Səs Veririk
2003 Ayrılma Məndən
2004 Pəncərə
2005 Yalan
2006 Neyləyim
2006 Ömür Bumu
2006 Bağışlaram Səni
Biləydin Kaş
2011 Bal Kimi
Sevgi Qəfəsdir
2012 Əlvida
2018 Gözüm Dəyməsin Sənə
2020 Sən Qalibsən!
2021 Səni Əvəz Eləmir (Remake)
2022 Deyə...
2022 Demedim Mi
2022 Öyrəşdim...
2023 Dönmə Geri (Remake)
2023 Dahi (Klassik Versiya)
2024 Anaya Məktub / Bəlkə Də ft. PRoMete
2024 Azərbaycan (Remake) ft. DJ Khalig

Filmoqrafiya

  1. Qış nağılı I/II (film, 2001/2002)
  2. Adam ol! (film, 2005) (tammetrajlı bədii film) rol: müğənni Faiq
  3. "Kəklikotu" filmi

Solo konsertlər

  • 1990 - "Ən Əziz Gün" (16.09.1990)
  • 1991 - "Ola Bilməz" (28.09.1991)
  • 1992 - "Gəl, Gülüm" (26-27.09.1992)
  • 1993 - "Naz Etmə" (23-24.05.1993)
  • 1994 -
  • 1995 - "120 dəqiqə Sizinlə"
    • Gənc Tamaşaçılar Teatrı (19-21.05.1995)
    • Respublika Sarayı (29.12.1995)
  • 1996 - "Cənab Qızıl Şlyager" (29.12.1996)
  • 1997 -
  • 1998 - "10 il Sizinlə" (27-29.12.1998)
  • 2000 - "Faiq Ağayev 2000" (12.01.2000)
  • 2000 - "Ulduzlar Dueti" Soso Pavliaşvili ilə (13.04 2000)
  • 2000 - "Əsrin və Minilliyin Son Konserti" (28.12.2000)
  • 2001 - "Tam Məxfi" (29.12.2001)
  • 2002 - "Faiq Show" with Lee Alex (23-24.11.2002)
  • 2002 - "5151" (27-28.12.2002)
  • 2004 - "1oo% F.A" (14-15.02.2004)
  • 2005 - "F.A Solo" (26-29.05.2005)
  • 2006 - "F.A 1/2" (28-29.12.2006)
  • 2007 - "FAEtirAF" (09-13.01.2007)
  • 2010 - "Sevilməli zamandır" (08.03.2010)
  • 2012 - "F.A VIDA" (27-30.12.2012)
  • 2016 - "F.A made in Azerbaijan" (29-30.12.2016)
  • 2017 - "Bollywood Night" Alişa Çinay ilə (11.11.2017)
  • 2019 - "F.A Open Air" (24.08.19)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Faiq Ağayev haqqında məlumat. Faiq Ağayev nədir? Faiq Ağayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Altıağac (Xızı)

  • Fevral 27, 2026

    Halal

  • Fevral 27, 2026

    Flaminqo

  • Fevral 27, 2026

    Meymunlar

  • Fevral 27, 2026

    Mənfi ədədlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst