Laqodexi (gürc. ლაგოდეხი, azərb. Qabal) — Alazan vadisində (Gürcüstan) şəhər, Laqodexi rayonunun mərkəzi, Kaxetiya tarixi ərazisinin parçası olub.
| Şəhər | |||||
| Laqodexi | |||||
|---|---|---|---|---|---|
| ლაგოდეხი | |||||
| |||||
| |||||
| 41°49′25″ şm. e. 46°16′20″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| İlk məlumat | VIII əsr | ||||
| Mərkəzin hündürlüyü | 435 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəsmi dili | |||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +995 354 | ||||
| Poçt indeksi | 2700 | ||||
![]() Laqodexi | |||||
Əhalisi — 5918 nəfərdir (2014). Laqodexi Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşir.
Tarixi
Laqodexinin adı "Leketi" sözündən yarandığı ehtimal olunur. "Leketi" tərcümədə "leklərin vətəni" deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Leklərin adının patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir.
Leklərin Alazan çayının sağ sahilində yaşadığı dəqiqdir. Gürcülər ləzgilərdən başqa avarları da "lek" adlandırırlar. Daha sonralar bu ərazidə gürcülərin güclü dövlətinin qurulmasıyla ləzgilərin çoxu buradan çıxarılır, bölgənin adı da "Leketi"dən "Lekoyeti"yə, "Leqodeti"yə çevrilərək, sonda indiki adını— "Laqodexi"ni almışdır. Şəhər olaraq, əsası Vlll əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsiylə qoyulub.
Əhalisi
Laqodexinin əhalisinin çox hissəsini gürcülər təşkil edir, 2-ci böyük etnos isə ərazinin 23,04 faizini təşkil edən azərbaycanlılar tutur. Azərbaycanlılar Laqodexinin Kabali kəndində (3238 nəfər), Gəncəli (2243 nəfər), Qaraçala (2012 nəfər) və Uzuntalada (1786 nəfər) yaşayırlar (2014).
Laqodexi rayonunun Azərbaycanla sərhədi
Laqodexidə küçə
Laqodexi milli parkı
Laqodexi milli parkı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laqodexi haqqında məlumat. Laqodexi nədir? Laqodexi nə deməkdir?
