Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Cil, Krasnoselsk rayonu) — Azərbaycanın görkəmli iqtisadçısı, dövlət, ictimai siyasi xadimi, iqtisad elmləri doktoru, p

Əvəz Ələkbərov

  • Ana Səhifə
  • Vikipediya
  • Əvəz Ələkbərov

Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Cil, Krasnoselsk rayonu) — Azərbaycanın görkəmli iqtisadçısı, dövlət, ictimai siyasi xadimi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının eks Maliyyə naziri (1999–2006), Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və audit" kafedrasının müdiri, "Professorlar Klubu" rəyasət heyətinin sədri

Əvəz Ələkbərov
Azərbaycan Respublikasının maliyyə naziri
11 iyul 1999 – 18 aprel 2006
ƏvvəlkiFikrət Yusifov
SonrakıSamir Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1952(1952-07-23) (73 yaş)
Doğum yeri
  • Cil, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti iqtisadçı
Dini İslam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20172017
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirib, iqtisadçı ixtisası alaraq Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləmişdir. Sonra hərbi xidmətdə olmuşdur.

1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.1980-ci ildə Kuybışev adına Moskva idarəetmə işçilərini təkmilləşdirmə institutunu bitirmişdir. 1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində çalışmışdır. 1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir.

1999-cu ildə Ümumi Milli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilmişdir, O bu vəzifədə 7 il işləmişdir. Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında səylər göstərmişdir. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında ilk "Vergi məcəlləsi", "Büdcə sistemi haqqında qanun" və "Sosial sığorta haqqında qanun" hazırlanmış və tətbiqinə nail olunmuşdur. Dövlət və hökumət komissiyalarının üzvü olmuşdur. Ölkəmizi ABŞ, Birləşmiş Krallıq, Çin, Türkiyə, İsveçrə, Belçika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan və başqa ölkələrdə beynəlxalq, ikitərəfli dövlətlərarası konfranslar və tədbirlərdə çıxış edərək təmsil etmişdir. Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyasının həmsədri kimi iqtisadi əlaqələrin qurulmasında xidmətləri vardır. Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur. Azərbaycan Beynəlxalq Bankı və Birləşmiş Universal Bankın (Kapital Bankın) müşahidə Şurasının Sədri olmuşdur.

2000–2013-cü illərdə YAP Siyasi Şurasının üzvü olmuşdur. Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasnın üzvü, Çəmbərək Rayon İcmasının sədridir.

Elmi fəaliyyəti

2003-cü ilin sentyabrn 30-da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda, Bakı şəhərində "Bazar münasibətləri şəraitində Azərbaycanda sosial sığortanın formalaşması və inkişafı problemləri" mövzusunda (elmi rəhbər məşhur iqtisadçı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev, rəsmi opponentlər iqtisad elmləri doktoru, professor Kamil Şahbazov, iqtisad elmləri namizədi, dosent Adilə Gözəlova, aparıcı təşkilat Rusiya Əmək və Sosial Münasibətlər Akademiyası) dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi, 2008-ci ilin yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış Birdəfəlik Dissertasiya Şurasında "Sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (rəsmi opponentlər AMEA-nın müxbir üzvü Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayev və iqtisad elmləri doktoru, professor Rafiq Əliyev, aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu), iqtisad elmləri doktoru elmi dərəcəsi almış və elmi fəaliyyətlə məşğul olmuşdur, 100-ə qədər elmi əsərlərin, o cümlədən 5 monoqrafiyanın,1 biblioqrafik kitabın, 3 dərsliyin və 6 dərs vəsaitinin müəllifidir. Həm namizədlik dissertasiya, həm də doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalələri var. 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının (İndiki "Maliyyə və Audit" kafedrası) müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədridir. O, 5 iqtisad üzrə fəlsəfə doktoru və 2 iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üzrə elmi rəhbər və elmi məsləhətçi kimi doktorant və dissertantlara töhfə verir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə 2019-cu ildə "Maliyyə və maliyyə institutları" kafedrası üzrə professor elmi adı verilmişdir. Həmmüəlliflə Moskvada mötəbər "İqtisadiyyat" nəşriyyatında "Qlobal iqtisadi böhranın anatomiyası" adlı monoqrafiyası çoxsaylı tirajla çap edilmişdir. (resenzentlər Plexanov adına Rusiya iqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, əməkdar elm xadimi, RF Akademiyasının müxbir üzvü, prof. Xasbulatov R. İ və RF Hökuməti yanında Maliyyə Universitetinin elmi tədqiqat institutunun direktoru, əməkdar iqtisadçı, professor Perskaya V. V.). "Davamlı İnkişafın Sosial-iqtisadi problemləri" üzrə 37-ci Beynəlxalq Elmi Konfransda "Bank sektorunun maliyyə sabitliyinin dəyərləndirilməsinin kompozid indeksinin tədqiqi" mövzusunda həmmüəlliflərlə tam mətnli elmi məqalə Web of science bazasında dərc edilmişdir. 2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının "Sülh səfiri" beynəlxalq adına layiq gürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında AAK qərarı ilə yaradılmış ED 2.10 dissertasiya şurasının üzvüdür.

2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və audit" kafedrasının müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədridir.

20 iyul 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir.

2 fevral 2024-cü ildə Azərbaycan Prezidentinin 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan dili, Rus dili və Türk dili dillərini bilir. Ailəlidir. İki övladı və nəvələri vardır.

Fəxri adları və təltifləri

  • ABŞ "Barons Who's Who" tərəfindən Yeni Əsrin 500 lideri (2001)
  • Rusiya Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü (2005)
  • Azərbaycan "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi yubileyi" medalı (2006)
  • Azərbaycan Avropa Nəşr Mətbuat Evinin qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı (2016)
  • Almaniya Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü (2016)
  • Türkiyə Türk dünyası fəxri mədəniyyət və sülh səfiri (2017)
  • BMT tərəfindən elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeni (2017)
  • Azərbaycan "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı (2017)
  • Türkiyə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk mükafatı" (2018)
  • Almaniya Avropa Təbii Elmlər Akademiyası tərəfindən Qotfrid Leybnits medalı (2018)
  • Almaniya "Avropanın əməkdar elm xadimi" (2018)
  • BMT tərəfindən dünya elminə və iqtisadiyyatına xidmətlətinə görə "Sülh Səfiri" adı (2019)
  • BMT tərəfindən dünya elmində xidmətlərinə görə "Leonhard Euler medalı" beynəlxalq mükafatı (2019)
  • BMT tərəfindən dünya elminə və təhsilinə xidmətlətinə görə "İlin alimi" beynəlxalq mükafatı (2019)
  • BMT tərəfindən dünya elminə və təhsilinə xidmətlətinə görə "Avropa Lideri Ulduzu" ordeni (2020)
  • Azərbaycan Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əvəz Ələkbərov haqqında məlumat. Əvəz Ələkbərov nədir? Əvəz Ələkbərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kişmiş

  • Fevral 27, 2026

    Saffat surəsi

  • Fevral 25, 2026

    Nəsimi rayonu

  • Fevral 25, 2026

    Hinduizm

  • Fevral 27, 2026

    Saarbrükken

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst