Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük Qaladərəsi (əvvəlki adı: Metsqaladərəsi) — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublika

Böyük Qaladərəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Böyük Qaladərəsi

Böyük Qaladərəsi (əvvəlki adı: Metsqaladərəsi) — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şuşa rayonunun Metsqaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Böyük Qaladərəsi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Böyük Qaladərəsi
39°39′34″ şm. e. 46°35′50″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Şuşa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 120 nəf.
Xəritəni göstər/gizlə
Böyük Qaladərəsi xəritədə
Böyük Qaladərəsi
Böyük Qaladərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponomikası

Keçmiş adı Köhnəkənd, Sovet hakimiyyəti illərində Kirov, Metsqaladərəsi olmuşdur. 1992-ci ildən bu adla rəsmiləşdirilmişdir. Oykonim "Qala (Şuşa nəzərdə tutulur) dərəsindəki böyük kənd" deməkdir.

Orta əsrlərdə Şuşa qalasının ətəyində dərənin adı. Ərəbcə mənbədə. Kala-i-Dara formasındadır. 1828-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşdıqdan sonra iki Qaladərəsi kəndi yaranmışdır: Metz (böyük) Qaladərsi və Pokr (kiçik) Qaladərəsi. Qala sözü şumer dilində eqan "bərkidilmiş" və ya "hasarlanmış yer" sözündəndir. Şumer dilindən bu söz Suriya dilində akil, akkad dilində ekallu, erməni dilində anqel, ərəb dilində qələ və fars dilində qala kimi əksini tapmışdır.

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən 39 km cənub-qərbdə yerləşir.

Əhalisi

Əhalisi 161 nəfərdir (2008).

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub.

Mədəniyyəti

Kənddə mədəniyyət evi var idi.

Təhsil

Kənddə orta məktəbi və musiqi məktəbi fəaliyyət göstərib.

Həmçinin bax

  • Kiçik Qaladərəsi
  • Bayat (Şuşa)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyük Qaladərəsi haqqında məlumat. Böyük Qaladərəsi nədir? Böyük Qaladərəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Marı

  • Fevral 24, 2026

    Tarixi-Qarabağ

  • Fevral 27, 2026

    Payne

  • Fevral 23, 2026

    Vilnüs

  • Fevral 27, 2026

    Spid-metal

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst