Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

Geologiya İnstitutu

  • Ana Səhifə
  • Vikipediya
  • Geologiya İnstitutu

Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

Geologiya İnstitutu
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Yaradılıb 1938
Digər məlumatlar
Direktor Akif Əlizadə
Sayt gia.az

Mündəricat

Tarixi

1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla).

1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir.

1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir.

1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi).

2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı.

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı.

İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.

Yarandığı müddətdən indiyə qədər İnstituta: professor Məmməd Ağabəyov (1938–1943), akademik Qambay Əlizadə (1943–1945), akademik Əzəl Sultanov (1945–1949;1958–1970), Azərbaycan EA müxbir üzvü Əbdül Əliyev (1949–1951), g.-m.e.n. A.S.Bayramov (1951–1954), akademik Şəfayət Mehdiyev (1954–1958), professor Ənvər Əlixanov (1970–1976) rəhbərlik etmişlər. 1976-cı ildən İnstituta akademik Akif Əlizadə rəhbərlik edir.

Geologiya və Geofizika İnstitutu mövcud olduğu illərdə respublika ərazisinin geoloji quruluşunun öyrənilməsi, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsi üzrə fundamental və tətbiqi məsələlərin həyata keçirilməsində başlıca rol oynayan elmi-geoloji fikir mərkəzinə çevrilmişdir.

Fəaliyyət istiqamətləri

  1. Neft və qazın geologiyası və geokimyası
  2. Petrologiya və Metallogeniya
  3. Regional geologiya
  4. Yer fizikası
  5. Neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası

Həmçinin bax

  • Azərbaycan Milli Elmlər Akademiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Geologiya İnstitutu haqqında məlumat. Geologiya İnstitutu nədir? Geologiya İnstitutu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Süleyman Məmmədli

  • Fevral 24, 2026

    15 iyul

  • Fevral 27, 2026

    Polypterus enlicheri

  • Fevral 25, 2026

    Təkirdağ ili

  • Fevral 27, 2026

    Yelenovka rayonu

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst