Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rüfət (Refat, Qabdelrafiya) İsmayıl oğlu Qaspıralı (Qasprinski) (krımtat. Refat Gaspıralı; 17 iyun 1884, Bağçasaray, Tavriya quberniyası[d] – 9 dekabr 1925, Bağ

Rüfət Qaspıralı

  • Ana Səhifə
  • Vikipediya
  • Rüfət Qaspıralı

Rüfət (Refat, Qabdelrafiya) İsmayıl oğlu Qaspıralı (Qasprinski) (krımtat. Refat Gaspıralı; 17 iyun 1884, Bağçasaray, Tavriya quberniyası[d] – 9 dekabr 1925, Bağçasaray, Krım MSSR) — krım-tatar ictimai və mədəniyyət xadimi "Tərcüman" qəzetini naşiri (1914-1918-ci illərdə). Bağçasaraydakı İsmayıl Qasprinski Muzey və Kitabxanasının rəhbəri, Krım xan sarayı muzeyinin direktor müavini. Pedaqoq, naşir və siyasətçi İsmayıl Qaspıralının oğlu, tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri Yusif Akçuranın əmisi nəvəsi.

Rüfət Qaspıralı
krımtat. Refat Gaspıralı
Doğum tarixi 17 iyun 1884(1884-06-17)
Doğum yeri
  • Bağçasaray, Simferopol qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 9 dekabr 1925(1925-12-09) (41 yaşında)
Vəfat yeri
  • Bağçasaray, Bağçasaray rayonu[d], Krım MSSR, RSFSR, SSRİ
Dəfn yeri
  • Zincirli mədrəsə
Atası İsmayıl Qaspıralı
Anası Zöhrə Akçurina
Fəaliyyəti publisist, naşir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rüfət Qaspıralı 1886-cı il aprelin 14-də Tavriya vilayətinin Bağçasaray şəhərində maarifçi İsmayıl Qaspıralı (1851-1914) və Zöhrə Akçurinanın (1862-1903) ailəsində anadan olub. Onun Xədiçə (eyni ata, fərqli analar), Nağar, Şəfiqə, Heydər və Mənsur adlı qardaş və bacıları olub. 1894-cü ildə Simferopol Kişi Gimnaziyasına daxil olur və onu müvəffəqiyyətlə bitirib. 1904-cü ildə İmperator Kazan Universitetinin hüquq fakültəsinə daxil olur. Sonra Xarkov Universitetinə keçib. 1909-cu il aprelin 25-dən o, “Tərcüman” qəzetinin rəsmi redaktoru oldu. 1914-cü ildə İsmayıl Qasprinskinin ölümündən sonra, “Tərcüman” qəzeti Rüfət Qaspıralıya miras qaldı. O, da redaktor vəzifəsini Həsən Səbri Ayvazova tapşırdı. 1918-ci il fevralın 23-də bolşeviklərin Krım-tatar milli hərəkatına qarşı törətdiyi repressiyalara cavab olaraq “Tərcüman” qəzeti fəaliyyətini dayandırdı.

İnqilabdan sonra onun bütün qohumları mühacirət etdi. Rüfət Qaspıralı isə Krımda tək qaldı. O, Hüseyin Bodaninski ilə birlikdə İsmayıl Qaspıralının Ev Muzeyini təşkili ilə məşğul olub.

1921-ci il martın 21-də Rüfət Qaspıralı bu muzeyin direktoru təyin edilib. Baxçasarayda İsmayıl Qaspıralı adına kitabxananın müdiri olub. Sonralar o, Baxçasaraydakı Krım xan sarayı muzeyinə direktor müavini təyin olunub.

O, 1925-ci il dekabrın 5-də 41 yaşında böyrək xəstəliyindən vəfat edib. Rüfət Qaspıralı Zincirli mədrəsə qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn olunub.

Ailəsi

Rüfət Qaspıralı iki dəfə ailə həyatı qurub.

Birinci həyat yoldaşı Fatimə Qaspralı (Fatimənin anası Simbirsk vilayətinin Sengileyevski rayonundan olan Zuxra Akçurinanın yaxın dostu və həmyerlisi idi). Qızının adını 1903-cü ildə vəfat edən anasının şərəfinə Zöhrə (1914) qoyub.

İkinci həyat yoldaşı - Tənzilə Qaspralı. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib (bir qız və bir oğlan), hər ikisi körpə yaşlarında vəfat edib.

Ədəbiyyat

  • Абдульваапов Н. Деятели крымскотатарской культуры (1921—1944): Библиографический словарь. Симферополь: Доля, 1999, стр. 69.
  • Сеитваниева Г. Ю. Некоторые сведения о потомках Исмаила Гаспринского. Ульяновск: «Симбирский научный вестник», 2016, № 1(23).
  • Д. П. Урсу. Деятели крымско-татарской культуры (1921—1944 гг.). Симферополь.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rüfət Qaspıralı haqqında məlumat. Rüfət Qaspıralı nədir? Rüfət Qaspıralı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    MiQ-27

  • Fevral 28, 2026

    Xətti cəbr

  • Fevral 24, 2026

    Əqidə

  • Fevral 26, 2026

    2005-ci il

  • Fevral 27, 2026

    Vasil Bıkov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst