Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Metavr döyüşü — Pun müharibələri gedişində konsullar Qay Klavdi Neron və Mark Livinin 40 minlik romalı qoşunu ilə Hasdrubal Barkinin 30 minlik karfagenli ordusu

Metavr döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Metavr döyüşü

Metavr döyüşü — Pun müharibələri gedişində konsullar Qay Klavdi Neron və Mark Livinin 40 minlik romalı qoşunu ilə Hasdrubal Barkinin 30 minlik karfagenli ordusu arasında e.ə 207-ci ilin 24 iyununda Metavr çayının yanında baş verən döyüş.

Mündəricat

Döyüş ərəfəsində vəziyyət

Qasdrubalın təsviri olan pul

E.ə 216-cı il Kann məğlubiyyətindən sonra Roma özünə gələ bildi və yeni legionlar təşkil etdi. Say üstünlüyünə nail olan romalılar Karfagenin və onun Siciliya və İspaniyadakı müttəfiqlərin qoşunlarına bir necə zərbə endirərək, İtaliyanın bir sıra şəhərlərini zəbt etdilər. Hannibal Barkinin İtaliyadakı ordusunun vəziyəti xeyli çətinləşdi. E.ə 208-ci ildə Hannibalın qardaşı Qasdrubal öz ordusu ilə İspaniyadan çıxaraq və Alpları adlayaraq İtaliya ərazisinə, Hannibalın qoşunları ilə birləşmək üçün, daxil oldu. Onun yolunu romalı konsul Livinin ordusu kəsmişdi. Hannibal da öz növbəsində Qasdruballa birləşmək üçün hərəkət etdi. Ona qarşı isə Neronun romalı ordusu fəaliyyət edirdi. Neron Hannibalın ordusunu keşiyini çəkən qoşunlarını saxlayaraq, seçilmiş 6 min piyada və min nəfər süvari döyüşçülər dəstəsi ilə Livinin köməyinə tələsdi. Neronun dəstəsinin yetişməsi ilə Livinin ordusu Qasdrubalın qoşunları üzərində say üstünlüyünə nail oldu. Bunu görən karfagenli sərkərdə döyüşdən yayınmaq və Cənubi İtaliyaya çəkilmək qərarına gəldi. Metavrın sol sahili ilə hərəkət edən karfagenli qoşunlarını, onların aryerqardını sıxışdıran, romalı süvarilər tərəfindən təqib edilməyə başladı.

Döyüşün gedişi

Döyüşün gedişinin sxemi

Qasdrubal belə şəraitdə döyüşə girmək məcburiyətində qaldı. Roma ordusu arxasında süvarilər olan üç cərgəyə düzüldü. İki cərgədən ibarət Qasdrubalın döyüş qaydasının önündə 10 fil arxasında isə süvarilər dayanırdı. Döyüşü Qasdrubal sağ cinahdan Livinin legionuna hucumla başladı. Lakin onun hucumu müsbət nəticə vermədi. Döyüşün gedişində, dəstəsi romalıların sağ cinahında yerləşən Neron, qüvvələrinin bir hissəsi ilə öz arxasında manevr edir və karfagenli qoşunun sağ qanadının cinahına və arxasında zərbə endirdi. Bu döyüşün taleyini həll etdi.

Döyüşün nəticəsi

Qasdrubalın ordusu məhv edildi, 5400 döyüşçüsü əsir alındı, Qasdrubalın özü isə öldürüldü. Romalılar 8 min adam itirdilər. Romalıların Metavr döyüşündəki qələbəsi Hannibalı çox çətin vəziyətə saldı. O Apuliyadan geri çəkilməyə məcbur oldu və qəti hərəkətlərdən imtina etdi.

Xarici keçid

  • Римская Слава Античное военное дело
  • Вторая Пуническая война на сайте "Битвы"
  • Тит Ливий. Латинский текст
  • История Рима от основания города
  • Важнейшие известия древних о Полибии и его сочинениях
  • Полибий. Всеобщая история

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Metavr döyüşü haqqında məlumat. Metavr döyüşü nədir? Metavr döyüşü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəngəzur qəzası

  • Fevral 27, 2026

    Sinxay inqilabı

  • Fevral 24, 2026

    Cənub qütbü

  • Fevral 27, 2026

    Atta

  • Fevral 23, 2026

    3 dekabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst