Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Mirzəli oğlu Qurbanov (20 iyun 1898, Tiflis – 14 oktyabr 1962, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).

Əli Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Qurbanov

Əli Mirzəli oğlu Qurbanov (20 iyun 1898, Tiflis – 14 oktyabr 1962, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).

Əli Qurbanov
Doğum tarixi 20 iyun 1898
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 14 oktyabr 1962 (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1914 – 1962
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19401940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938
"Lenin" ordeni — 19491949 "Lenin" ordeni — 19591959 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Əli Qurbanov 1898-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlamışdır. İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxmışdır. 1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkir. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayırlar.

1917-ci ildə Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunur və həmin il Əli Qurbanov bu truppaya dəvət edilir. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edir.

Əli Qurbanov 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirir. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışmışdır. O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynamışdır.

1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis teatrı həmin il Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Həmin vaxtdan etibarən digər aktyorlarla birlikdə Əli Qurbanov da həmin teatrın aktyoru olur. O, Tiflis Dövlət Azərbaycan Dram Teatrının tərkibində 1922-ci ildə Türkiyəyə, 1925-ci ildə isə İrana qastrol səfərlərində olmuşdur.

O, 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada fəaliyyət göstərmişdir.

Əli Qurbanov 50 ildən artıq səhnədə olmuşdur. Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan obrazlar yaratmışdır.

Ailəsi

Gürcüstan SSR əməkdar artisti Abbas Qurbanovun qardaşı, Azərbaycan SSR xalq artisti Möhsün Sənani və Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur.

Adlar və mükafatlar

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938[⇨]
  • 2 dəfə "Lenin" ordeni — 22 iyul 1949; 9 iyun 1959
  • "Şərəf nişanı" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni

Filmoqrafiya

  • Almaz (film, 1936)
  • Bakılılar (film, 1938)
  • Bəxtiyar (film, 1955)
  • Bir qalanın sirri (film, 1959)
  • Böyük dayaq (film, 1962)
  • Doğma xalqıma (film, 1954)
  • Fətəli xan (film, 1947)
  • Hacı Qara (film, 1929)
  • İsmət (film, 1934)
  • Kəndlilər (film, 1939)
  • Koroğlu (film, 1960)
  • Qara daşlar (film, 1956)
  • Qayıdış (film, 1992)
  • Qızmar günəş altında (film, 1957)
  • Mahnı belə yaranır (film, 1957)
  • Məhəmməd Füzuli (film, 1958)
  • Ögey ana (film, 1958)
  • Prima (film, 1994)
  • Səbuhi (film, 1941)
  • Vətən oğlu (film, 1941)
  • Yeni horizont (film, 1940)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Qurbanov haqqında məlumat. Əli Qurbanov nədir? Əli Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Soya

  • Fevral 24, 2026

    Adobe Systems

  • Fevral 24, 2026

    Vivekananda

  • Fevral 23, 2026

    İyun

  • Fevral 23, 2026

    Maldiv

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst