Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talas döyüşü — 751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında

Talas döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Talas döyüşü

Talas döyüşü — 751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən döyüşdür. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir.

Talas döyüşü
Mərkəzi Asiyada Ərəb-Çin qarşıdurması
Talas döyüşünün sxemi
Talas döyüşünün sxemi
Tarix 751-ci ilin may-sentyabr ayları
Yeri Qırğızıstan ərazisindəki Taraz şəhəri ətrafı (Talas çayının sahili)
Səbəbi Xilafətin Mərkəzi Asiyada irəliləməsi
Nəticəsi Xilafətin qələbəsi
Ərazi dəyişikliyi Xilafətin Mavəraünnəhrin bir hissəsini ələ keçirməsi
Münaqişə tərəfləri

Abbasi xilafəti

Çin (Tan sülaləsi)

Qarluqlar, Türgişlər, Soqdianalılar

Qarluq və Fərqanəli üsyancılar
Komandan(lar)

Ziyad ibn Saleh

Qao Xianzhi

Əbu Müslim Xorasani
Tərəflərin qüvvəsi

?

30.000-100.000

İtkilər

?

20.000-30.000

    Mündəricat

    Döyüşün səbəbləri

    Parçalanan Türkeşlərin Qara Türkeşlər adlanan qrupu 742-ci ildə çinlilərin dəstəyi ilə Tumoçanın komandanlığı altında müstəqilliklərini qoruya bildi. Keş şəhərindəki (indiki Daşkənd) Qara Türkeşlərin sonrakı hökmdarı Bahadur Tudun Çinli komandan Kao Siya Çe tərəfindən 751-ci ildə öldürüldü və bütün mülkü müsadirə edildi. Ardıyca da bütün şəhər çinlilər tərəfindən yağmalandı. Çinli komandanın Bahadur Tudun ilə razılığa gəlməsinə baxmayaraq onu öldürməsindən sonra Bahadur Tudunun oğlu qaçmağı bacardı və ərəblərdən kömək istədi.

    Bu hadisələrdən bir il əvvəl Əməvi sülaləsi hakimiyyətdən qovulmuşdu və onların yerinə hakimiyyətə Abbasilər gəlmişdi (750). Əbu Həsən 745-ci ildə Əməvilərn Xorasan valisi Nəsr ibn Seyyarı məğlub edərək Xorasandan çıxartmışdı.

    Türkeş şahzadəsinin kömək istədiyi zaman Xorasanın valisi olan Əbu Oğuz xan digər ərəb sərkərdələri kimi düşünmədi və kömək üçün Ziya ibn Salehi göndərdi.

    Döyüş

    Talas döyüşündə iştirak edən orduların nə qədər şəxsi heyətdən ibarət olması barədə müxtəlif iddialar mövcuddur. Beləki ərəb qaynaqlarına görə Çin ordusunun sayı 100 min olmuş, Çin qaynaqlarına görə isə ərəb qoşunlarının sayı 200 min olmuşdur. Lakin bu rəqəmlərin həddindən artıq şişirdilməsi şübhəsizdir.

    Qara Türkeşlərlə yanaşı Tibet imperiyası qoşunları ərəb ordusu tərəfindən döyüşdə iştirak edirdi. Çin ordusu isə daimi ordudan əlavə Qarluqlardan və Fərqanə vadisindən muzdlu ordu toplamışdı.

    751-ci ilin iyul ayında iki qoşun Talas çayının sahilində döyüşə başladı. Döyüş Çin ordusunun məğlubiyyəti ilə sonlandı. Bunun əsas səbəbi kimi Çin ordusunda xidmət edən Fərqanəlilərin və Qarlukların qəfildən Çin ordusuna qarşı hücum etməsidir. Beləki, Çin ordusunun əsas hissəsi irəlidə döyüşərkən muzdlu Qarluklar və Fərqanəlilər arxada gözləmə mövqeyində idilər. Lakin Çin ordusunun qərərgahına hücuma keçirlər. Arxadan hücum gözləməyən Çin ordusu sürətlə mövqelərini itirməyə başlayırlar. Qao Xianzhi qoşunun sürətlə məhv olduğunu görərək yerdə qalan hissəni qurtarmaq üçün geri çəkilmə əmri verir. Li Siyenin yardımı ilə qoşun geri çəkilə bilir. Ehtimal edilir ki, 10 min Tan sülaləsi ordusundan yalnız 2 min nəfəri geri çəkilə bilmişdir.

    Qao Xianzhi 755-ci ildə yeni və daha böyük bir ordu qurur. Lakin həmin vaxtda An Luşan üsyanı baş verir. Üsyançılar paytaxtı tuturlar. Bunun bir səbəbi də üsyan baş verən zaman bütün Çin ordusunun Mərkəzi Asiyaya cəmləndirilməsi idi. Beləcə ərəblərlə planlaşdırılan yeni müharibə planı həyata keçirilmədi və bütün ordu üsyanı yatırmaq üçün ölkənin içərilərinə aparıldı.

    Nəticə

    Bu döyüş ilə mətbəə ilk dəfə Çinin xaricinə çıxmışdır. Bununla yanaşı barıt, kağız və kompası da ərəblər ilk dəfə bu döyüş zamanı öyrənmişdirlər. Bu kəşflər isə sonradan zamanla Avropaya keçmişdir. Həmçinin Mərkəzi Asiya türklərinin İslam dini ilə ilk yaxın tanışlığının bu döyüşdə olduğu ehtimal edilir. Əlavə olaraq da qeyd etmək lazımdır ki, Talas döyüşü Çinin Mərkəzi Asiyaya ekspansiyasın dayandırmışdır.

    Qalereya

    • İlk mərhələdə kağız emalı prosesi
      İlk mərhələdə kağız emalı prosesi
    • Talas çayı boyunca Mavəraünnəhrin xəritəsi
      Talas çayı boyunca Mavəraünnəhrin xəritəsi
    • 700-ci illərdə Tan sülaləsinin idarə etdiyi ərazilərin xəritəsi. İmperiya qərbə doğru xeyli genişlənmişdir və qərb əraziləri imperiyanın əsas əraziləri ilə uzun və ensiz Heksi koridoru vasitəsilə əlaqə saxlayırdı.
      700-ci illərdə Tan sülaləsinin idarə etdiyi ərazilərin xəritəsi. İmperiya qərbə doğru xeyli genişlənmişdir və qərb əraziləri imperiyanın əsas əraziləri ilə uzun və ensiz Heksi koridoru vasitəsilə əlaqə saxlayırdı.
    • Talas çayının Qırğızıstan ərazisində yerləşən mənsəbi
      Talas çayının Qırğızıstan ərazisində yerləşən mənsəbi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Talas döyüşü haqqında məlumat. Talas döyüşü nədir? Talas döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      Göytürk xaqanlığı

    • Fevral 27, 2026

      Siemens

    • Fevral 21, 2026

      Şimal Torpağı

    • Fevral 27, 2026

      Aysel Teymurzadə

    • Fevral 27, 2026

      Əli Nəzmi

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst