Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akvamasiya (həmçinin resomasiya, alovsuz kremasiya, su ilə kremasiya, biokremasiya və ya qələvi hidroliz) insan və heyvan qalıqlarının dəfnə və ya kremasiyaya a

Akvamasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Akvamasiya

Akvamasiya (həmçinin resomasiya, alovsuz kremasiya, su ilə kremasiya, biokremasiya və ya qələvi hidroliz) insan və heyvan qalıqlarının dəfnə və ya kremasiyaya altenativ olaraq su və qələvi qarışığında həll edilərək utilizasiyası prosesi.

Proses

Proses qələvi hidrolizə əsaslanır: bədən su və kalium hidroksid qarışığı ilə doldurulmuş təzyiqli çəlləyə yerləşdirilir və təxminən 160 °C temperatura qədər qızdırılır, yüksək təzyiq qaynamağın qarşısını alır. Bədən 4–6 saat sonra ilkin kimyəvi komponentlərinə qədər parçalanır. Proses daha aşağı temperatur (98 °C) və təzyiqlə də aparıla bilər, lakin daha uzun müddət (14–16 saat) çəkir. Prosesin əvvəlində qarışıq qələvi, pH səviyyəsi təxminən 14 olur; Sonda pH 11-ə düşür, lakin son pH səviyyəsi ümumi proses müddətindən və bədəndəki yağ miqdarından asılıdır.

Dini baxışlar

Xristian ölkələrində və mədəniyyətlərində kremasiyaya tarixən mənfi yanaşılıb. Allahın surətini ləkələmək və müqəddəs kitabda əks olunan ölülərin dirilməsinə müdaxilə kimi baxılıb. İndiki dövrdə bəzi məzhəblər üçün məqbuldur. Keyptaunun keçmiş Anqlikan arxiyepiskopu Desmond Tutu öz istəyinə uyğun olaraq akvamasiya olunub. Şərqi pravoslav kilsəsi kremasiyaya icazə vermir.

Roma-Katolik kilsəsi insan bədəninin müqəddəsliyinə və ya ölülərin dirilməsinə olan inancları inkar etmədiyi müddətcə cəsədlərin yandırılmasına icazə verir. 2008-ci ildə Rene Mirkes qələvi hidrolizin ilk katolik əxlaqi təhlilini nəşr etdi. O, bunun əxlaqi cəhətdən neytral olduğunu və kremasiya ilə oxşar əsaslarla dəfn etməyə alternativ ola biləcəyini iddia etdi. Bununla belə, ABŞ-dəki Katolik Kilsəsi qələvi hidrolizi insan qalıqlarının son utilizasiya üsulu kimi qəbul etmir. 2011-ci ildə Vaşinqton arxiyepiskopu və sonradan Birləşmiş Ştatların Katolik Yepiskoplar Konfransının (USCCB) Doktrina Komitəsinin sədri Donald Kardinal Vuerl bunu "insan bədəninə lazımsız olaraq hörmətsizlik" olduğunu bildirdi. Sent-Luis Baş yeparxiyası isə izah etdi ki, kilsə akvamasiyanın son məhsulu olan maye məhlulun kanalizasiya sisteminə axıdılmasını insan bədəninin müqəddəsliyinə hörmətsizlik hesab edir. Əlavə olaraq, 2012-ci ildə Nyu-York ştatında qələvi hidroliz təklif edildikdə, Nyu-York Ştat Katolik Konfransı hidrolizin insan bədəninin daxili ləyaqətinə kifayət qədər hörmət göstərmədiyini bildirərək bu praktikanı pislədi.

Yəhudilik, dinin Tanrı surətində yaradıldığına inanılan insanlara hörmət və ləyaqətə dair təlimlərinə uyğun olmadığı üçün kremasiyanı qadağan edir. İslam da mərhumun yandırılmasını qadağan edir. Hər iki dində cəsədin sonrakı həyata hazırlanmaq üçün dəfn edilməli olduğuna inanıldığı üçün akvamasiya böyük ehtimalla rədd olunacaq. Digər İbrahim dinləri kimi Bəhailik də mərhumun kremasiyasını qadağan edir. İnsan bədəninə hörmətlə rəftar edilməli və ölüm anından bir saatdan gec olmayaraq dəfn edilməzdən əvvəl sadəcə kəfənə sarılmalıdır.

Siqhizm , Hinduizm və Buddizm dinləri ənənəvi kremasiyaya dini əhəmiyyət verir, bu da qələvi hidrolizin kremasiyanı əvəz etməsinə mane ola bilər.cəsədin yandırılmasına teoloji əhəmiyyət verir.

Yerli Havaylılar akvamasiyanı ənənəvi dəfn ritualına yaxın bir yol hesab edirlər, Bu ritual sümükləri (iwi) sahil kənarındakı yeraltı sobadan (imu) istifadə edərək ətdən təmizləmək, sümükləri büküb gizlətməkdən ibarətdir. İmunun insan bədənində istifadəsinə artıq icazə verilmir, lakin akvamasiya eyni şəkildə təmiz sümüklər ortaya çıxardığı üçün alternativ təklif kimi edilə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akvamasiya haqqında məlumat. Akvamasiya nədir? Akvamasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbdülxalıq Axundov

  • Fevral 27, 2026

    Qarışqa

  • Fevral 27, 2026

    Dəmgil

  • Fevral 27, 2026

    Ərəb dənizi

  • Fevral 27, 2026

    Prosessor

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst