| Bu məqalə Salyan şəhəri haqqındadır. Salyan rayonu üçün Salyan rayonu səhifəsinə baxın. |
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.
| Şəhər | |
| Salyan | |
|---|---|
| |
| 39°35′48″ şm. e. 48°59′01″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | −19 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Salyan | |
Etimologiyası
Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır.
Tarixi
Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.
Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.
1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.
1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.
1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.
Əhalisi
Tanınmış sakinləri
Məhəmmədəli Hüseynzadə, Azərbaycan dini xadimi
Əhməd Hüseynzadə, Azərbaycan dini xadimi
Əli bəy Hüseynzadə, Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi
Əsədulla bəy Muradxanov, Azərbaycan ictimai-siyasi xadimi
Şirin Axundov, Azərbaycan tarzəni
Qəhrəman Süleymanzadə, Azərbaycan dövlət xadimi
Ənvər Qasımzadə, Azərbaycan memarı
Əli Zeynalov, Azərbaycan aktyoru
Ağacavad Əlizadə, Azərbaycan şairi
Qulu Əsgərov, Azərbaycan müğənnisi
Xəlil Rza Ulutürk, Azərbaycan şairi
Mailə Muradxanlı, Azərbaycan dramaturqu
Rail Rzayev, Azərbaycan dövlət xadimi
Aslan İlyasov, Azərbaycan qarmonçusu
Həsənağa Sadıqov, Azərbaycan musiqiçisi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salyan haqqında məlumat. Salyan nədir? Salyan nə deməkdir?

